Facebookda Like etdiyimiz səhifələrin siyahısını Excel-ə gətirmək

Facebook profilinizlə Like etdiyiniz bütün səhifələri tək cədvəl halında real-zamanlı olaraq qarşınızda görmək istəyirsiniz? Like edəcəyiniz hər yeni səhifəni tarixi ilə birgə o cədvəldə əks etdirə biləcəyinizi bilirdiniz? Elə isə, bu videoya göz atın.
Advertisements

VİDEO – Qovluqdakı faylların adlarını Excel cədvəlinə dönüşdürmək

Bir qovluğa qoyulmuş bütün faylların adlarından ibarət Excel cədvəli necə düzəltmək olar? O qovluğa yeni fayl əlavə edildikdə, və ya qovluqdan fayl silindikdə, bizim Excel cədvəlimizdə siyahını avtomatik necə yeniləyə bilərik? Bu Excel dərsimizdə Power Query ilə bunun yolunu müzakirə etmişik.

Bankların gündəlik valyuta alış-satış qiymətləri – avtomatik yenilənmə ilə

“Hansı bank bu gün ən aşağı məzənnəni təklif edir?” – yəqin ki, bu sualla tez-tez qarşılaşmısınız. Və cavabı tapmaq üçün ya müvafiq banklara bir-bir baxmaqla, ya da Banker.az kimi ixtisaslaşmış web-saytlardan almaqla. Biz bunun bir addım daha ötəsinə gedərək, bütün məlumatı Excel faylımıza real-zamanlı olaraq gətirəcəyik. Web-saytda məlumat yeniləndikcə, bizim faylımızda da ən son bazar qiymətləri əksini tapacaqdır.

Continue reading

Power Query ilə Mərkəzi Bankın istənilən 2 tarix arasındakı valyuta məzənnələrinin çəkilməsi

Mərkəzi Bankın tək bir tarixə aid bütün valyuta məzənnələrinin Excel cədvəlimizə gündəlik olaraq avtomatik gətirilməsini Power Query ilə web-saytdan məlumat götürmək mövzusunda müzakirə etmişdik. Bəs hər hansı bir tək valyuta məzənnəsinin (məsələn, EUR) seçdiyimiz istənilən tarix aralığına müvafiq olaraq Exceldə avtomatik yenilənməsini necə edə bilərik? Bu yazı, məhz bu mövzudan bəhs edəcəkdir.

Continue reading