Bu günkü tarixdən sonrakı vəya əvvəlki tarixlərin avtomatik fərqləndirilməsi

Fərz edək ki, kredit borcu olan müştərilərimizin son ödəmə tarixlərinin bu gün etibarilə keçib keçmədiyini yoxlamaq istəyirik. Bunu, tarixləri bir-bir yoxlamaqla edə bilmərik, çünki məntiqsiz və lazımsız zaman itkisi olacaqdır. Bunun əvəzinə Excel-dəki şərti formatlamadan istifadə edərək, lazımi müştəriləri anındaca müəyyən edə bilərik. Tarixlər olan sütuna göz ataq.

Conditional formatting - dates - 1

Continue reading

NETWORKDAYS funksiyası – 2 tarix arasındakı iş günlərinin sayı

HR və ya əmək haqqı üzrə muhasib sahəsində çalışırsınızsa, hər ayın sonunda işçilərə əmək haqqı hesablayarkən həmin aya aid iş günlərinin sayını bilməniz gərəkməkdədir. Bütün muhasibatlıq proqramları bunu avtomatik hesablayır, lakin eyni əməliyyatı Excel-də biz özümüz də həyata keçirə bilərik. Bunun üçün NETWORKDAYS funksiyasından istifadə edəcəyik.

Hesab edək ki, aşağıdakı bu 2 tarix arasındakı iş günlərinin sayını bilmək istəyirik.

NETWORKDAYS - 1

Continue reading

WORKDAY funksiyası

Fərz edək ki, hər hansı bir layihənin başlanğıc tarixini və layihənin müddətini bilir, lakin layihənin dəqiq bitəcəyi tarixi hesablamaq istəyirik. Layihənin müddəti bir çox halda iş gününə əsasən hesablandığı üçün, adi qaydada “başlanğıc tarixi + gün sayı = bitiş tarixi” olaraq hesablaya bilməyəcəyik, çünki şənbə və bazar günlərinin aradan çıxarılması lazımdır.

Və yaxud gün əsası işləyən işçilərə son ödəmə tarixinin müəyyən edilməsi zamanı da eyni problemlər qarşılaşılacaqdır. Bütün bu çətinliklərin öhdəsindən gəlmədə WORKDAY funksiyası əvəzsiz rol oynamaqdadır. Etməli olduğumuz isə çox bəsitdir.

22 yanvar 2015-ci il tarixdə başlayan və 34 gün davam edəcək olan layihəmiz varsa, layihənin bitiş tarixini aşağıdakı kimi hesablaya bilərik.

Continue reading

WEEKDAY funksiyası

Hər hansı bir tarixin həftənin neçənci gününə təsadüf etdiyini WEEKDAY funksiyası ilə anında öyrənə bilərik. Bunun üçün WEEKDAY funksiyasının daxilinə həmin tarixi əlavə edib, kiçik bir nyuansı da əlavə etməliyik.

Mövzuya başlamadan öncə qeyd etmək istərdim ki, Excel-də təqvim 01.01.1900 il tarixdən başlayır. Yəni, hər hansı bir səbəblə daha əvvəlki tarixə aid hər hansı bir hesablama aparmaq istəsək, Excel o tarixi tanımayacaq. Bundan əlavə, hər bir tarixin ardıcıl məntiqlə seriya nömrəsi mövcuddur. Təbii olaraq, 01.01.1900-cu il tarixinin seriya nömrəsi 1-dir. Günlər keçdikcə seriya nömrələri də ardıcıl qaydada artır. Bunun səbəbi, tarixlərin SUMIFS və COUNTIFS funksiyaları kimi funksiyalarda rahatlıqla istifadə edilə bilməsi üçündür.

Maraq üçün, gəlin həmin tarixin həftənin neçənci gününə düşdüyünə baxaq. Öncə formulu yazıb, daha sonra izahını verəcəyəm.

WEEKDAY function - 1

Continue reading

DATEDIF funksiyası – iki tarix arasındakı il, ay və gün fərqinin hesablanması

DATEDIF funksiyası Excel-in gizli funksiyalarından biridir. Səbəbini bilmirəm. Yoxlamaq istəsəniz, Excel səhifəsində istənilən xanaya gedin, “=” işarəsini qoyub DATEDIF yazmağa başlayın. Digər funksiyalarda funksiyanın adını yazmağa başladığınız anda Excel sizə o ada uyğun funksiyaların siyahısını çıxarır, məsələn SUBTOTAL-da olduğu kimi:

DATEDIF - 1

Eynisini DATEDIF üçün etsək qarşımıza heç bir təklif variantı çıxmayacaq.

Continue reading