IRR funksiyası

Pulun zaman dəyəri haqqında danışarkən, gələcəkdə əldə edəcəyimiz pul axınlarının nominal dəyərlərinin bu günün reallığını əks etdirməydiyini bildirmişdik. Yəni, 1 il sonra qazanacağımız 1,000 AZN ilə bu gün əlimizdə olan 1,000 AZN dəyər baxımından çox fərqlidir. Çünki bu gün əlimizdə olan 1,000 AZN-i hər hansı bir vasitəyə investisiya edərək ondan əlavə gəlir əldə edə bilərik və bu gəlir 1 ilin sonunda 200 AZN (şərti məbləğ) təşkil edərək, ümumi kapitalımızı 1,200 AZN-ə çatdıra bilər. Məhz bu əlavə gəlir qazanma potensialı bu günün 1,000 manatını gələcəyin 1,000 manatından daha dəyərli edir. Müasir maliyyə elminin dayandığı ən əsas təməl budur.

Continue reading

NPV funksiyası – xalis bugünkü dəyərin hesablanması

Maliyyə bazarları, investisiyalar və layihələrin qiymətləndirilməsi sahələrində çalışan professionallar NPV (Net Present Value), yəni Xalis Bugünkü Dəyər mövhumu ilə yaxından tanışdır. Tanış olmayanlar üçün xülasə şəklində izah etməyə çalışacağam.

Korporativ Maliyyə (Corporate Finance) elminin birinci qanunu belə səslənir: “Bu günün 1 dolları sabahın 1 dollarından daha dəyərlidir”. Çünki bu gün əlimizdə olan 1 dolları hər hansı bir yerə investisiya etsək, sabaha qədər çox cüzi də olsa müəyyən bir artış göstərəcəkdir. Yəni, sabahkı 1 dollar elə 1 dollar olaraq qalacaq, halbuki bu günkü 1 dollar investisiya edilsə, sabaha qədər 0,00001 USD də olsa artış göstərəcəkdir. Və bu da, bu günün 1 dollarını sabahın 1 dollarından daha dəyərli edir, çünki sabaha qədər müəyyən gəlir əldə etmək imkanı yaradır.

Continue reading

Amortizasiya cədvəli və DB funksiyası – azalan qalıq metodu

Amortizasiyanın nə olduğu və mahiyyəti haqqında bir öncəki yazıda müəyyən açıqlamalar vermiş və amortizasiya üsullarından ən geniş yayılmış olan düz-xətt metodunu müzakirə etmişdik. Bu dəfəki yazıda isə, amortizasiya üsullarından ikincisi olan azalan qalıq metodu haqqında danışacağıq.

Hər şeydən əvvəl, bu iki metodunun bir-birindən köklü şəkildə fərqləndiyini vurğulamaq istərdim. Düz-xətt metodu ilə amortizasiya ayırmaları hər il eyni məbləğdə idisə, azalan qalıq metodunda bu, tamamilə fərqlidir. Belə ki, azalan qalıq metodunda

  1. Sabit amortizasiya dərəcəsi müəyyən edilir
  2. Bu dərəcə hər il aktivin qalıq dəyərinə vurularaq illik amortizasiya məbləği müəyyən edilir.

Gəlin, misallar üzərindən davam edək.

Continue reading

Amortizasiya cədvəli və SLN funksiyası – düz xətt metodu

Əsas vəsaitlər (bina, qurğu, avadanlıq, maşın və digər uzun müddətli aktivlər) və qeyri-maddi aktivlərin (patent, müəllif haqqı və s.) zaman ötdükcə köhnəlməyə məruz qaldığını hamımız bilirik. Bu köhnəlmə muhasibatlıq və maliyyə dilində amortizasiya adlanır. İngilis dilində isə, maddi aktivlərin köhnəlməsi depreciation, qeyri-maddi aktivlərin köhnəlməsi isə amortization adlanır. Bəzi müəlliflər depreciation sözünün çox da uyğun bir ifadə olmadığını iddia etsə də, hal-hazırda bu ifadə çox geniş yayılmışdır. Amortizasiyanı hesablamaq üçün 3 məlumata ehtiyacımız var:

Depreciation - 1

Continue reading

PMT funksiyası – kredit ödənişlərinin hesablanması

Bir çoxumuzun kredit tarixçəsi var və bir çoxumuz kredit deyildikdə onun komponentləri haqqında müəyyən informasiyaya sahibdir. Qısaca təkrar edəsi olsaq, hər bir kreditin

  1. Məbləği
  2. Müddəti və
  3. Faiz dərəcəsi

olur. Düşünürəm ki, bunları bir-bir açıqlamağa ehtiyac yoxdur, çünki özü özlərini açıqlayıcıdırlar.

Gəlin, götürdüyümüz kreditin aylıq geri ödəmə məbləğlərinin hesablanması texnikasına baxaq.

Continue reading