INDEX & MATCH kombinasiyası

VLOOKUP funksiyası haqqında bir çoxumuzun məlumatı var. İstənilən dəyərə əsasən, o dəyərə aid olan köməkçi məlumatların tapılması funksiyasını daşıyır. Lakin, daha öncə də qeyd etdiyimiz kimi, VLOOKUP funksiyası sadəcə özündən sağdakı məlumatların müəyyən edilməsinə yarayır. Bəs bunun əksini etmək, yəni özündən soldakı məlumatları tapmaq üçün nə etməli?

INDEX & MATCH - 1.png

Continue reading

Excel-də adlar

Excel-də professionalların bir çoxunun gözardı etdiyi, hesablama və formul auditlərində əvəzsiz rola sahib bir xüsusiyyət var – named ranges, yəni adlandırılmış diapazonlar. Daha çox maliyyə modellərində istifadə olunmaqlarına baxmayaraq, gündəlik işlərdə də rahatlıqla istifadə edilə bilərlər.

Məsələn, aşağıdakı cədvəldən VLOOKUP vasitəsilə istədiyimiz işçinin maaşını tapmaq istəsək, aşağıdakı kimi bir formuldan istifadə etməliyik:

Named ranges - 1

(Mövzu ilə tanış olmayanlar daha ətraflı VLOOKUP funksiyası ilə tanış ola bilər.)

Continue reading

Komponentinə istinadən mətnin VLOOKUP ilə tapılması

VLOOKUP funksiyası haqqındakı yazımızda konkret mətnlərin müəyyən siyahılarda axtarılaraq, onlara aid müvafiq məlumatların tapılması zamanı istifadə edilməsini müzakirə etmişdik. Yəni, məsələn “Azerbaijan” sözünü hansısa bir siyahıda axtarıb tapmaq kimi. Bəs, bütün sözü deyil, sadəcə onun bir hissəsini axtarmaq istəsək nə etməli? Məsələn, Johnson soyadlı işçinin maaşını bilmək istəsək?

 VLOOKUP - expanded - 1

Continue reading

Pilləli dropdown siyahılar (Multi-dropdown lists)

İstənilən xanaya hər hansı bir siyahını əlavə etmək üçün Data Validation-dan istifadə edir və Excel-də bu cür siyahıları dropdown list adlandırırıq. (Daha ətraflı – Dropdown lists – xanaya siyahının əlavə edilməsi). Bu vasitə tək bir xanaya siyahı əlavə edildiyi zaman əvəzsiz rol oynayır. Bəs bir-birindən asılı dropdown list hazırlamaq istəsək nə etməli? Supermarket olaraq aşağıdakı məhsul kateqoriyaları üzrə portfelimiz olmuş olsun: geyim, elektronik əşyaev heyvanları.

Multi dropdown lists - 1

Continue reading