Excel Məktəbi – Modul 1 – Başlanğıc səviyyə

Tanıdığım professionalların bir çoxunda, Excel-in əsasən funksiyalardan ibarət olduğu düşüncəsi hakimdir. O səbəblə, mümkün qədər çox funksiya öyrənməyə meyllidirlər. Yazılan yazılar, keçirilən treninqlər də ən çox bu mövzu üzərində fokuslanır. Halbuki, funksiyalar Excelin çox vacib, lakin kiçik bir hissəsidir, əsas məqsəd üçün (formul yazma bacarığı) vasitələrdir. Özümüzü Excel-də inkişaf etdirmək istəyiriksə, struktural yanaşmamızı, alqoritmik düşüncəmizi və problemlər qarşısındakı praktik tərəfimizi inkişaf etdirməliyik. Funksiya əzbərləməklə (ki böyük əksəriyyətini heç vaxt işlətmirik) yaddaşımızı boş yerə doldurmuş oluruq.

O səbəblə, Excel Məktəbi adlandırdığım məqalələr toplusunda funksiyalara yer verməklə bərabər, işimizi sürətləndirəcək, vaxtımıza qənaət edəcək, düşüncə qabiliyyətimizi genişləndirəcək digər Excel komponentlərinə daha çox üstünlük verdim. Hər modulun mövzusu asanlıq/çətinlik yox, əhəmiyyətlilik və relevantlıq prizmasından qruplaşdırılmışdır.

Məktəbin ilk Modulunun mündəricatı aşağıdakı kimidir:

Continue reading

SORĞU – Excel biliklərimiz hansı səviyyədədir?

Excel-də peşəkarlıq səviyyəsi dedikdə, ağlıma aşağıdakı kimi bir diaqram gəlir: ən sadəsindən ən qəlizinə doğru bir sıralama. Bir çox halda, harda olduğumuza tam qərar verə bilmirik. Bu diaqram bizə kömək edəcəkdir.

Bəs siz bu sıralamanın harasındasınız? Aşağıdakı sorğuda iştirak edib rəyinizi bildirə bilərsiniz. Hər bir mərhələnin, özündən yuxarıdakı bütün mərhələləri ehtiva etdiyini fərz edirik.