Data Analysis ilə Demoqrafik analiz (real statistika)

Excel-də Dövlət Statistika Komitəsinin 2000-2017-ci illər dövründəki statistik məlumatlarına əsasən (nikah, boşanma, doğum və ana ölümü), müəyyən demoqrafik analizlər aparmaq mümkündür. Bu 4 faktorun bir-birindən asılı olub-olmadığını qiymətləndirəcəyik.

Снимок.PNG

Bildiyimiz kimi, 2 faktor arasındakı əlaqənin (mənfi və ya müsbət) olub-olmadığını bilmək üçün Excel-də CORREL funksiyasından istifadə edirik. Aldığımız nəticə 1-ə nə qədər yaxındırsa, arada güclü müsbət əlaqə var deməkdir. Yəni, birindəki artış, digərində də artışa meyl edir. Mənfi 1-ə yaxınlaşdıqca isə, aradakı əlaqənin əks olduğu yəqin edilir.

Məsələn, ilk analizimizdə nikah sayları ilə boşanma saylarındakı əlaqəni həyata keçirə bilərik.

Снимок.PNG

Nəticəmiz 0.5 alındı. Statistik baxımdan bu o deməkdir ki, bu iki faktor arasında güclü bir əlaqə yoxdur, bir-birindən müstəqil hərəkət edirlər. Birindəki artış, digərində mütləq surətdə artışa səbəb olmur.

Nikah sayı ilə doğulan uşaq sayındakı əlaqəyə baxaq.

Снимок.PNG

Nəticə, 0.9-dur, digər deyişlə, arada çox ciddi əlaqə var. Effekti 1 il sonra görünsə də, Azərbaycanda hər yeni evlilik böyük ehtimalla yeni doğumla nəticələnəcəkdir (Qərb ölkələrinin əksinə).

Son analizi doğulan uşaq sayı ilə ana ölümləri arasında apara bilərik. Yəni, doğum sayı artdıqca, analarda ölüm sayları artır ya yox. Burada yarana biləcək 1-ə yaxın müsbət nəticə, böyük fəlakət deməkdir. Çünki, nə qədər çox uşaq doğulsa, bir o qədər də çox ana ölümü baş vermiş olacaqdır mənasına gələcəkdir.

Снимок.PNG

Nəticə, -0.1 alındı. Demək ki, ana ölümlərinin səbəbi (sayca çox olmasa da), daha çox uşaq doğumları deyil, lokal xarakterli faktorlardır.

İndi isə, bu 4 faktorun bir-birinə olan münasibətini tək bir cədvəldə görmək üçün, Analysis ToolPak Add-in aktivləşdirməliyik.

File >> Options >> Add-ins >> Excel Add-ins >> Analysis ToolPak

Aktivləşdirdikdən sonra, Data menusu altında Data Analysis olaraq qarşımıza çıxacaqdır.

Снимок

Üzərinə kliklədikdən sonra, belə bir pəncərə açılacaq, Correlation seçirik.

Снимок.PNG

Daha sonra aşağıdakı kimi müvafiq xanaları doldurduqdan sonra OK klikləyirik.

Снимок.PNG

Yeni cədvəl olaraq 4 faktorun bir-birinə olan əlaqəsini eyni anda görəcəyik.

Снимок.PNG

Daha öncə hesabladığımı rəqəmləri burda da görürük.

Statistika Komitəsinin web-səhifəsində bunun kimi yüzlərlə fərqli analiz aparıb ölkəni daha yaxşı başa düşmək mümkündür.

Снимок.PNG

 

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s