Excel Məktəbi – Modul 2 – Orta ağırlıqlı mövzular

Excel Məktəbimizin 1-ci Modulundakı mövzuları tam olaraq qavradıqsa, o zaman 2-ci modula keçə bilərik. Diqqət edəcəyiniz üzrə, teorik biliklərdən əlavə, iş vaxtı qarşılaşılan bəzi problemlərin praktik həll yolları ilə bağlı da materiallar əlavə edilmişdir.

2-ci Modulun mövzuları aşağıdakı kimidir:

Continue reading

Advertisements

Excel Məktəbi – Modul 1 – Başlanğıc səviyyə

Tanıdığım professionalların bir çoxunda, Excel-in əsasən funksiyalardan ibarət olduğu düşüncəsi hakimdir. O səbəblə, mümkün qədər çox funksiya öyrənməyə meyllidirlər. Yazılan yazılar, keçirilən treninqlər də ən çox bu mövzu üzərində fokuslanır. Halbuki, funksiyalar Excelin çox vacib, lakin kiçik bir hissəsidir, əsas məqsəd üçün (formul yazma bacarığı) vasitələrdir. Özümüzü Excel-də inkişaf etdirmək istəyiriksə, struktural yanaşmamızı, alqoritmik düşüncəmizi və problemlər qarşısındakı praktik tərəfimizi inkişaf etdirməliyik. Funksiya əzbərləməklə (ki böyük əksəriyyətini heç vaxt işlətmirik) yaddaşımızı boş yerə doldurmuş oluruq.

O səbəblə, Excel Məktəbi adlandırdığım məqalələr toplusunda funksiyalara yer verməklə bərabər, işimizi sürətləndirəcək, vaxtımıza qənaət edəcək, düşüncə qabiliyyətimizi genişləndirəcək digər Excel komponentlərinə daha çox üstünlük verdim. Hər modulun mövzusu asanlıq/çətinlik yox, əhəmiyyətlilik və relevantlıq prizmasından qruplaşdırılmışdır.

Məktəbin ilk Modulunun mündəricatı aşağıdakı kimidir:

Continue reading

Elan – Excel Məktəbi (online+free)

Dostlar,

Çoxsaylı istəkləri nəzərə alaraq, saytdakı 160-dan çox məqalə əsasında, 3 moduldan ibarət Excel Məktəbi materiallarını qruplaşdırılaraq yaxın günlərdə təqdim edəcəyəm. Bu, həm Exceli öyrənmək istəyənlər üçün daha rahat olacaq, həm də öyrənməni daha sistematik hala gətirəcəkdir.

3 Modul aşağıdakı formatda olacaq:

Modul 1 – Başlanğıc səviyyəsi – Exceli öyrənmək istəyənlər üçün minimal tələblər;

Modul 2 – Orta səviyyəli proqram – İstənilən iş sahəsində yetərli olacaq əlavə biliklər;

Modul 3 – İrəli səviyyəli mövzular – Excel proqramını yekunlaşdıran professional məlumatlar.

Bonus – Faydalı materiallar – Gündəlik işdə, həyatda lazım olacaq materillar.

 

Diqqətinizə çatdırım ki, Excel bilikləri yuxarıdakı biliklərlə məhdudlaşmır, bir çox mövzu hazırki proqramdan kənar qalmışdır, çünki ya çox sadədir, ya da mövzu etibarilə dolğun deyildir. Bundan əlavə, bu sahədə daimi və praktiki əmək tələb olunur. Amma bu 3 Modul + Bonus paketini lazımi qaydada öyrənən, başa düşən hər bir kəsin, əlavə heç bir kursa getməyinə ehtiyac qalmayacaqdır. Daha sonrakı professional və ekspert səviyyəli mövzuları da daha yaxşı anlayacaqdır.

Uğurlar!

 

SORĞU – Excel biliklərimiz hansı səviyyədədir?

Excel-də peşəkarlıq səviyyəsi dedikdə, ağlıma aşağıdakı kimi bir diaqram gəlir: ən sadəsindən ən qəlizinə doğru bir sıralama. Bir çox halda, harda olduğumuza tam qərar verə bilmirik. Bu diaqram bizə kömək edəcəkdir.

Bəs siz bu sıralamanın harasındasınız? Aşağıdakı sorğuda iştirak edib rəyinizi bildirə bilərsiniz. Hər bir mərhələnin, özündən yuxarıdakı bütün mərhələləri ehtiva etdiyini fərz edirik.