Excel-də sheet-ləri qruplaşdırmaq

Eyni anda bir neçə sheet-də dəyişiklik etmək üçün, hər şeydən öncə həmin o sheet-ləri qruplaşdırmaq lazımdır. Sheet-ləri qruplaşdırmanın 3 yolu var:

  1. CTRL ilə
  2. SHIFT ilə
  3. Mouse-un sağ düyməsi ilə

Bu üsulları öyrənmədən öncə bir suala cavab tapaq: Sheet-ləri qruplaşdırmaq nəyə yarayır və hansı üstünlükləri vardır?

Sheet-lər qruplaşdırıldıqdan sonra, qrupa daxil hər hansı bir sheet-də edəcəyimiz dəyişiklik qrupdakı digər bütün sheet-lərdə eynisilə öz əksini tapacaqdır. Məsələn, xananın rəngini dəyişsək, yazının fontunu böyütsək, sütun və sətirləri gizləsək və s. avtomatik digər səhifələrdə də bu dəyişikliklər edilmiş olacaqdır. Təkrarlanan formatda sheet-ləriniz çoxdur və hər birində ayrı-ayrılıqda eyni cür dəyişiklik etmək istəyiriksə, o halda bu imkandan mütləq istifadə etməliyik.

İndi isə gəlin, sheet-ləri qruplaşdırmanın yollarına baxaq.

1. CTRL ilə qruplaşdırma

Bunun üçün, CTRL düyməsini basılı saxlayaraq, qruplaşdırmaq istədiyimiz bütün sheet-ləri mouse ilə seçməmiz kifayət edəcəkdir.

Grouping sheets - 1.png

Gördüyümüz kimi, HR xaricində digər bütün sheetləri qruplaşdırmış olduq.

2. SHIFT ilə qruplaşdırma

SHIFT düyməsi ilə qruplaşdırmanın vacib bir fərqi var. Belə ki, yuxarıdakı misalda Marketing sheet-in klikləyib, SHIFT düyməsini basılı tutaraq digər hər hansı bir sheet-i klikləsək, o zaman bu 2 sheet arasında yer alan digər bütün sheet-lər qruplaşdırılmış olacaq.

Grouping sheets - 2.png

3. Mouse-un sağ düyməsi ilə

Hər hansı bir sheet-i sağ klikləyib, Select All Sheets seçməklə faylda olan bütün sheet-ləri eyni anda qruplaşdırmış oluruq.

Grouping sheets - 3.png

Qruplaşdırmanı aradan qaldırmaq üçün isə, ya qrupa daxil olmayan hər hansı bir sheet-in üzərinə klikləmək, ya da mouse ilə sağ klikləyib Ungroup Sheets seçməliyik.

Grouping sheets - 4.png

Uğurlar!

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s