INDEX & MATCH kombinasiyası

VLOOKUP funksiyası haqqında bir çoxumuzun məlumatı var. İstənilən dəyərə əsasən, o dəyərə aid olan köməkçi məlumatların tapılması funksiyasını daşıyır. Lakin, daha öncə də qeyd etdiyimiz kimi, VLOOKUP funksiyası sadəcə özündən sağdakı məlumatların müəyyən edilməsinə yarayır. Bəs bunun əksini etmək, yəni özündən soldakı məlumatları tapmaq üçün nə etməli?

INDEX & MATCH - 1.png

Məsələn, yuxarıdakı misalda işçinin adından asılı olaraq onun müvafiq departamenti VLOOKUP funksiyası ilə rahatlıqla tapılır. İşçinin adını hər dəyişdiyimiz zaman, onun departamenti də avtomatik yenilənəcəkdir.

Gəlin bu dəfə məsələyə tam əks perspektivdən baxaq. İşçinin vəzifəsinə əsasən işçinin adını tapmağa çalışaq. Bunu VLOOKUP ilə edə bilməyəcəyik, çünki daha öncə də dediyim kimi, VLOOKUP sadəcə özündən sağdakı dəyərləri tapmağa yarayır. Amma biz Position-dakı dəyərə müvafiq Full Name-dəki dəyəri tapmaq istəyirik, yəni sola doğru axtarış etmək məcburiyyətindəyik.

Bu problemi INDEXMATCH funksiyalarının kombinasiyası ilə həll edəcəyik (MATCH funksiyası haqqında daha ətraflı – MATCH funksiyası). Öncə formulu yazıb, daha sonra sintaksı haqqında məlumat verəcəyəm.

INDEX & MATCH - 2

Gəlin, formulun komponentləri və məntiqini analiz edək.

  1. Formul INDEX funksiyası ilə başlayır.Ən başda, axtardığımız məlumatın hansı diapazonda olduğunu seçirik – C3:C8.
  2. Daha sonra MATCH funksiyası vasitəsilə qırmızı ilə çərçivələnmiş xanadakı dəyərin (C12 – Junior accountant) bənövşəyi diapazonda (E3:E8) neçənci sırada olduğunu müəyyən edirik.
  3. Sıfır dəyəri ilə, Exact match, yəni tam dəqiq nəticəni axtardığımızı müəyyən edirik.

İndi isə, bu formulu işləyişinin məntiqi izah etməyə çalışım.

  • MATCH funksiyasının nəticəsi olaraq, axtardığımız dəyərin seçmiş olduğumuz diapazonda sıra nömrəsi olaraq neçənci olduğunu tapırıq. Junior accountant vəzifəsi seçilən diapazonda 2-ci sıradadır.
  • Daha sonra, INDEX funksiyası ilə adlar olan diapazondan 2-cı sırada olan dəyər nəticə olaraq qarşımıza gətirilir.

INDEX & MATCH - 3

Bu qədər sadə. Formulu analiz etməniz üçün əlavədəki faylı endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – INDEX – MATCH kombinasiyasi

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s