Tornado diaqramlar

Tornado diaqramlar X və ya Y oxunun hər iki tərəfində yer alan diaqramlara deyilir.

Tornado chart - 1

Yuxarıdakı tornado diaqramı Avropa futbol klublarındakı xarici futbolçuların və o klubdakı oyunçuların ümumi saylarını nümayiş etdirir. Məsələn, Valenciada cəmi 28 futbolçu var, onlardan 9-u xarici statusludur (Qeyd: dəyərlər şərtidir).

Bu yazıda bu cür diaqramı hazırlama üsullarını müzakirə edəcəyik.

Hər şeydən əvvəl, hər bir diaqram üçün müəyyən məlumat bazamız olmalıdır.Exceldə bu bazanı daxil edirik.

Tornado chart - 2

Diaqramımızda dəyərlər Y oxunun hər iki tərəfində olduğu üçün, yuxarıdakı seriyalardan biri (Total players) mənfi dəyərləri daşımalıdır. Bunun üçün Total players sütunundakı bütün xanaları mənfiyə çevirib (Daha ətraflı – Mənfi ədədləri müsbətə çevirmək – Paste special), çevirdikdən sonra bütün cədvəli seçib, diaqramımızı düzəltməyə başlayırıq.

Tornado chart - 3

Diaqram növü mütləq surətdə yuxarıdakı göstərildiyi kimi, Stacked Bar olmalıdır.

Əslində, diaqramımız demək olar ki, hazırdır, və tək etməli olduğumuz – onu lazımi şəkildə formatlayıb, rahat oxunabilir hala gətirməkdir.

Bunun üçün ilk öncə X oxunun (-30-dan 15-ə qədər olan ədədlər) üzərinə klikləyib, Ctrl + 1 ilə formatlama yan pəncərəsini açırıq.

Tornado chart - 4

Maximum axis value seçərək, klub adlarının diaqramın kənarına gəlməsini əldə edirik. Gridlines və X oxunu sildikdən, sətirlərin rənglərini dəyişdikdən və klubları əlifba sırasına görə sıraladıqdan sonra diaqramımız bundan sonra belə hal alacaqdır.

Tornado chart - 6

İdi isə sıra seriyaların üzərinə onların dəyərlərini əlavə etməyə gəlir. Bunun üçün istənilən seriyanın üzərinə gəlib, sağ klikləyib, Add Data Labels seçməyimiz kifayət edəcəkdir.Bunu hər 2 seriya üçün etmək lazımdır.

Tornado chart - 7

Bunu etdikdən sonra, görəcəyik ki, yaşıl seriyadakı dəyərlər Y oxundan solda olduğu üçün mənfi dəyərdədir. Əslində belə də olmalıdır, lakin diaqram üzərində, əslində müsbət olan bir dəyərin mənfi olaraq görünməsi arzuolunmazdır və biz o mənfi dəyərləri lazımi şəkildə formatlayaraq müsbət dəyər kimi görünmələrini əldə edəcəyik.

Bunu etmək üçün, əsas məlumatlar olan cədvəldə mənfi olan dəyərlərin hamısını seçib, Ctrl + 1 ilə formatlama qutusunu açıb, Custom hissəsinə gəlirik.

Tornado chart - 8

Yuxarıdakı kimi formatlama tətbiq edərək, bütün mənfi dəyərləri müsbət kimi görünməsini əldə edirik. Yəni, əslində onlar mənfidir, sadəcə bizim prezentasiya məqsədlərimiz üçün vizual olaraq müsbət görünəcəklər.

Bütün bu prosedurları etdikdən sonra, diaqramımız yekun halını alacaqdır.

Tornado chart - 9

Çox dərinə getməmək baxımından bütün formatlama üsullarını tək-tək yazmadım, amma siz özünüz öz zövqünüzə və istəyinizə uyğun, istədiyiniz kimi formatlaya bilərsiniz.

Hazır diaqram olan faylı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – Tornado Chart

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s