Pivot Cədvəl ilə tarixlərin qruplaşdırılması

İl ərzində fərqli tarixlərdə minlərlə satış olduğunu və bu satışların cəminin həftələr və ya aylar üzrə qruplaşdırılmaq istəndiyini fərz edək. Bunu SUMIFS funksiyası ilə də rahatlıqla etmək olar, lakin məsələnin ən rahat yolu Pivot Table ilədir.

Grouping with Pivot - 1

Bu cwr qruplaşdırılmış hesabat əldə etmək üçün, məlumat bazası olan yuxarıdakı cədvəlin hər hansı bir xanasına gələrək, Insert >> Pivot Table seçilərək pivot cədvəlimiz qurulur. (Pivot cədvəl haqqında daha ətraflı – Pivot Table və Slicer Filter yazısında tanış ola bilərsiniz)

Pivot cədvəl daxilində müvafiq olaraq Date və Amount seçildikdən sonra cədvəlimizin ilkin halı ilə tanış oluruq.

Grouping with Pivot - 2

Lakin, burdakı problem ondan ibarətdir ki, pivot cədvəlimiz satış olan hər günün məbləğini ayrı bir sətir olaraq göstərir, biz isə, satışları həftəli olaraq qruplaşdırmaq istəyirik.

Bunu etmək üçün pivot cədvəl üzərində hər hansı bir tarixin üzərində sağ klikləyərək Group seçilməlidir.

Grouping with Pivot - 3

Qarşımızda açılacaq yeni dialoq qutusundan qruplaşdırılacaq tarix aralığını seçməyimiz kifayət olacaqdır.

Grouping with Pivot - 4

Siyahıda həftələr üzrə qruplaşdırma olmadığı üçün, Days (günlər) seçilərək, aşağıda da 7 günlük diapazonlar olaraq qruplaşdırmaq istədiyimizi müəyyən edirik. Bununla da, pivot cadvəlimizdəki məbləğlər 7 günlük intervallar ilə cəmləşdirilmiş olur.

Grouping with Pivot - 5

Eyni məntiqlə, qruplaşdırma aylar, rüblər, illər üzrə də aparıla bilər.

Özünüz eksperiment aparmaq istəsəniz, əlavədəki faylı endirə bilərsiniz.

Uğurlar!

Faylı endir –  Date grouping with Pivot Table

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s