S&P 500, Dow Jones kimi bazar indeksləri necə hesablanır?

Hər birimiz gündəlik xarici iqtisadiyyat xəbərlərini oxuyarkən Standard & Poor’s 500, Dow Jones, NASDAQ 100, NYSE Composite Index kimi indekslərlə qarşılaşır və bu indekslərin gündəlik olaraq dəyişdiyini müşahidə edirik. Bu yazıda, bu indekslərin nə olduğu, necə formalaşdığı və Excel vasitəsilə necə hesablandığını öyrənəcəyik.

Misal olaraq, S&P 500 indeksini ələ alacağıq. Bu indeks ABŞ-dakı ən böyük əmtəə indeksidir və ölkədəki bazar payı, likvidlik kimi faktorlarda ən qabaqcıl 500 şirkəti ehtiva edir. Yəni ən sadə dillə desək, ABŞ bazarındakı ən uğurlu 500 şirkətin fəaliyyətlərindəki dəyişiklikləri analiz edir. Misal olaraq 5 şirkəti analiz edəcəyik: Microsoft, Apple, American Airlines, Financial Times və Walmart. Bütün rəqəmlərin xəyali olduğunu əlavə olaraq qeyd etməyə lüzum görmürəm.

Market indexes - 1

Sütunların nə olduğuna baxaq.

Outstanding shares – Həmin şirkətə aid dövriyyədə olan səhmlərin ümumi sayı

Price per share – Səhmin hazırki bazar dəyəri

Market capitalization – Səhm sayı x səhmin bazar dəyəri

Market weight – Şirkətin ümumi bazar dəyərinin (market cap) S&P 500-ə daxil olan bütün şirkətlərin ümumi bazar dəyərinin içindəki çəkisi.

Məsələn, yuxarıdakı misalımızda, Microsoft şirkətinin dövriyyədə 20 milyon səhmi olduğu və hər bir səhmin bazar dəyərinin $40 olduğunu fərz etsək, market cap-inin adi hesablama ilə $800 milyon olduğunu hesablamış oluruq.

Bundan əlavə, S&P 500-də olan şirkətlərin ümumi bazar dəyərlərinin (biz 500 əvəzinə ancaq 5 şirkəti ələ almışıq) $1,842  milyard olduğunu hesablamışıq, və beləliklə Microsoft şirkətinin bazardakı çəkisinin 43% ($800/$1,842) olduğu nəticəsini əldə edirik. Bu isə o deməkdir ki, Microsoft şirkətinin səhmlərində baş verəcək hər hansı bir dəyişikliyin (həcm və ya dəyər olaraq) bazara təsiri digər şirkətlərə görə daha çox olacaqdır.

Hal-hazırkı S&P 500 indeksimizin $1,842  milyard dəyərində olduğunu görürük. Gəlin, eksperiment olaraq Apple şirkətinin səhminin dəyərini $50-dan $60-a yüksəldək və indeksin necə dəyişdiyinə baxaq.

Market indexes - 2

Apple səhmlərindəki $10-lıq artışın indeksin ümumi dəyərində %6,24 artışa səbəb olduğunu görürük. Ciddi bir artışdır, çünki Apple şirkətinin bazarda %35-lik bir ağırlığı var.

Bunun əksinə, Apple şirkətinin səhmini $50 saxlamaqla, Financial Times şirkətinin səhm dəyərini $20 artırsaq, ümumi indeksə bu qədər ciddi təsiri olmayacaqdır, çünki FT-ın bazardakı ümumi çəkisi cəmi %1-dir.

Market indexes - 3

Şirkət nə qədər böyükdürsə, market cap üzərində bir o qədər çox təsirə malik olacaqdır.

Bu cür indekslər investorlar üçün faydalı analiz vasitələrindən biridir, çünki bazar haqqında ümumi məlumat verməklə yanaşı, dünyada və ölkədə baş verən iqtisadi, siyasi və sosial hadisələrə reaksiyanı ölçməyə yarayır.

Formulları daha ətraflı analiz etmək üçün əlavədəki faylı endirə bilərsiniz.

Uğurlar!

Faylı endir –  Market index calculation

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s