Diaqramlarda dinamik başlıqlar

Excel-də diaqramlar hazırlayarkən, diaqramın başlığını əksər hallarda manual olaraq, diaqramın üzərində dəyişirik. Lakin bunun daha effektiv başqa bir yolu var. Diaqramımız aşağıdakı kimi olsun.

Dinamic chart titles - 1

Sweatshirt və jeans məhsullarının yanvar – iyun ayları arasındakı satışlarını gördüyümüz sütun diaqramı ilə qarşı qarşıyayıq. Diaqramın başlığını dəyişmək üçün Chart Title olan hissəyə gedib, istədiyimiz başlığı yaza bilərik.

Dinamic chart titles - 2

Bu, normal həll yoludur, lakin mənfi tərəfi ondan ibarətdir ki, hər dəfə başlığı dəyişmək lazım olduqda, manual çox iş görmək tələb olunur. O səbəblə, işimizi avtomatlaşdırmalıyıq.

Başlığı əllə daxil etmək əvəzinə, biz başlığın yazısını istənilən xanaya daxil edəcək, daha sonra bu başlığa linklə bağlayacağıq. Bunun üçün, aşağıdakı addımlar atılmalıdır:

  1. Hər hansı bir xanaya başlığın mətnini daxil edirik.
    Dinamic chart titles - 3
  2. Diaqramımızın başlıq olan hissəsinin üzərinə klikləyərək formul çubuğuna gedir və daha öncə başlığın adını daxil etdiyimiz xanaya link veririk.
    capture-1

Gördüyümüz kimi, hər dəfə diaqramın üzərinə gəlib dəyişiklik etmək ehtiyacı ortadan qalxır. Bu cür dinamik başlıqlar ən çox maliyyə modelləri tərtib olunarkən lazım olur. Modelin tək bir yerinə edilən dəyişikliyin modelin geri qalan hissələrində anında əks edilməsi lazım olduqda istifadə olunur.

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s