Valyutalı dəyərlərin formatlanması

Aşağıdakı 2 cədvəldəki monetar dəyərlərdən hansının daha doğru və səliqəli formatlandığını soruşsam, nə cavab verərdiniz? Mavi, yoxsa yaşıl?

Currency alignment leftmost - 1

Əksəriyyət yaşıl cədvəlin daha səliqəli olduğunu deyəcəkdir, çünki ordakı dəyərlər və onların valyuta işarələri həm bir-birindən aralıdır, həm də valyuta işarələri xananın ən solunda yer almışdır. Bu isə, məlumatın anlaşılırlığını qatbaqat gücləndirir.

Həm mavi, həm də yaşıl cədvəllər Excel-in standard formatlaması ilə həyata keçirilib və sağdakı cədvəldəki kimi bir nəticə əldə etmək istəyiriksə, bir çox insanın etdiyi xətaya düşməməliyik.

Bir çoxumuz məbləğlərə valyuta işarələrini əlavə etmək istədiyimiz zaman Ctrl + 1 ilə formatlama qutusunu açır və Currency olan sətiri seçirik.

Currency alignment leftmost - 2

Belə olan halda? nəticə hər zaman mavi cədvəldəki kimi olur, yəni valyuta işarələri əlavə edilmiş, lakin məbləğə yapışmış vəziyyətdə olur. Bu problemi aradan qaldırmanın yolu isə, formatlamanı Currency olaraq yox, Accounting olaraq etməkdir.

Currency alignment leftmost - 3

OK kliklədikdən sonra isə, cədvəlimiz yaşıl cədvəl formatına dönüşəcəkdir.

Bəzi hallarda, məbləğləri Accounting olaraq formatladıqdan sonra belə, valyuta işarələrini məbləğlərə yapışmış halda görə bilərik. Bu zaman, son toxunuş olaraq, eyni Ctrl + 1 qutusundakı Alignment seksiyasına gedib, Horizontal dropdown siyahısından General seçərək OK klikləməliyik. Bununla da, bütün problemlər həll olunacaqdır.

Currency alignment leftmost - 4

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s