Excel-də unikal sıralamanı necə əldə etməli?

Təsəvvür edin ki, qarşımızda aşağıdakı kimi bir siyahı var və biz bu siyahıdakı dəyərləri böyüklük sırasına görə sıralamaq istəyirik, yəni ən böyük dəyər birinci, ən kiçik dəyər sonuncu olacaq şəkildə.

Unique rank - 1

Bunun üçün RANK funksiyasından istifadə etməliyik. Lakin, sizin də görəcəyiniz kimi, bu, bir sıra problemlər yaradacaqdır.

Belə ki, orijinal siyahımızda bir-birini təkrar edən dəyərlər olduğu üçün, RANK funksiyası təkrarlanan dəyərlərin sıralamadakı yerini eyniləşdirir.

Unique rank - 2

Məsələn, ən böyük dəyər olan 15-dir və bu, 2 yerdə yer almışdır. RANK funksiyasının sıralamanı 1,2 etmək əvəzinə 1,1 etdiyini görürük. Bu problemi həll etmək və unikal sırala əldə etmək üçün isə aşağıdakı formuldan istifadə etməliyik.

Unique rank - 3

Etdiyimiz şey özü özlüyündə çox sadədir. Əvvəlcə, normal qaydada RANK funksiyası ilə ilkin sıralama nömrəsini əldə edir, daha sonra bu sıralama nömrəsinə COUNTIF funksiyası ilə xırda düzəliş veririk.

Məsələn, biz COUNTIF funksiyasından istifadə etmədən formulun birinci hissəsini yazsaydıq, nəticələr daha öncəki kimi olacaqdı (açıq boz rənglə olan dəyərlər). Amma hər hansı bir dəyər təkrarlanmışdırsa, COUNTIF-lə biz o dəyərin sayını müəyyən edir və daha öncə o dəyər siyahıda yer aldığına görə -1 ilə onun effektini aradan qaldırırıq.

Formul olan faylı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – Unique rank of values

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s