Diaqramlarda dinamik başlıqlar

Excel-də diaqramlar hazırlayarkən, diaqramın başlığını əksər hallarda manual olaraq, diaqramın üzərində dəyişirik. Lakin bunun daha effektiv başqa bir yolu var. Diaqramımız aşağıdakı kimi olsun.

Dinamic chart titles - 1

Continue reading

Advertisements

Excel-də adlar

Excel-də professionalların bir çoxunun gözardı etdiyi, hesablama və formul auditlərində əvəzsiz rola sahib bir xüsusiyyət var – named ranges, yəni adlandırılmış diapazonlar. Daha çox maliyyə modellərində istifadə olunmaqlarına baxmayaraq, gündəlik işlərdə də rahatlıqla istifadə edilə bilərlər.

Məsələn, aşağıdakı cədvəldən VLOOKUP vasitəsilə istədiyimiz işçinin maaşını tapmaq istəsək, aşağıdakı kimi bir formuldan istifadə etməliyik:

Named ranges - 1

(Mövzu ilə tanış olmayanlar daha ətraflı VLOOKUP funksiyası ilə tanış ola bilər.)

Continue reading

Siyahıdakı 1-dən n-ə qədər ən yüksək dəyərlərin cəmlənməsi

Daha əvvəlki yazılarda, siyahımızdakı ən yüksək 3,5,10-cu dəyərlərin avtomatik cəmlənməsini hesablamışdıq (Daha ətraflı – Siyahıdakı ən yüksək dəyərlərin avtomatik cəmlənməsi). Lakin məsələnin bu cür həlli bir sıra problemlər yaradırdı. Belə ki, siyahıdakı ən böyük 20 ədədi cəmləmiş olsaq, bu zaman bu 1-dən 20-yə qədər ədədləri əllə daxil etməli olurduq. Bu problemi aradan qaldırmanın bir yolu var.

Continue reading

Sətir diaqramlarında (bar charts) dəyərlərin böyükdən kiçiyə doğru sıralanması

Daha öncə sütun diaqramlarında dəyərlərin böyükdən kiçiyə doğru vizual olaraq sıralanmasının necə edildiyi haqqında müzakirə aparmışdıq. Bu dəfəki mövzumuz isə eyni məntiqin sətir diaqramlarına (bar charts) tətbiq edilməsi olacaqdır. Bir az sonra da görüləcəyi üzrə, sıralamanı əldə etmək hər iki diaqram növündə fərqlidir.

Diaqramı tərtib edəcəyimiz dəyərlər aşadıdakı kimi olacaqdır.

Sorting chart data - 1

Continue reading