Excel-də illər üzrə artım tempini necə hesablamalı?

Çox sadə riyazi düsturla hesablanmasına baxmayaraq, bir çoxumuzun ilk baxışda çətinlik çəkdiyi mövzulardan biri – aylar / illər üzrə satış məbləğlərinin artım nisbətinin hesablanmasıdır. Yəni, 2015-ci ildə 2014-cü ilə görə neçə faiz daha çox satış etmişik?

Growth rate - 1

Ümumiyyətlə, bu cür artım templərinin hesablanması əsasən 3 cür olur:

  1. İldən ilə artım;
  2. Bütün dövr ərzindəki ümumi artım;
  3. İllik ortalama artım.

İldən ilə artım

İldən ilə artımı hesablayarkən, düsturumuz çox sadədir:

(Sonrakı il – Əvvəlki il) / Əvvəlki il. Yəni (2015 – 2014) / 2014.

Misalımızda illər üzrə artımı tapmaq üçün aşağıdakı düturdan istifadə edəcəyik.

Growth rate - 2

2011-ci ilə aid heç bir məlumat olmadığına görə, 2012-ci ildəki artışı hesablamaq mümkün deyildir. Amma sonrakı illəri isə eyni düstur vasitəsilə tapmaq olar.

Bundan əlavə, düsturu daha da sadələşdirmək istəsək, riyazi biliklərimizi xatırlamaq kifayət edəcəkdir. (D3-C3)/C3 düsturunu D3/C3 – C3/C3 kimi yaza və onu D3/C3 – 1 kimi sadələşdirə bilərik.

Dövr ərzindəki ümumi artım

Bunu hesablamaq da son dərəcə asandır. Belə ki, ildən ilə artımı hesablayarkən arxa-arxaya gələn illərdən istifadə etdiyimiz halda, bu dəfə ilk və son illəri təməl alaraq hesablamamızı aparacağıq.

Growth rate - 3

Bu o deməkdir ki, 2012-ci ilə nisbətdə 2015-ci ildəki satışlarımiz 69% artmışdır. Bu göstərici elə də informativ xarakter daşımır.

İllik ortalama artım

Sonuncu məqam isə yuxarıdakı kimi hər bir ilə aid artım dəyərləri olan satışlarımızın bu 3 il ərzində (2013-2015) illik ortalama neçə faiz artmış olduğudur. İllik artım faizlərinin ortalamasını almaq çox yanlış nəticə verəcəkdir, çünki bu dəyərlər arasındakı əlaqə xətti deyil.

İllik ortalama artımı hesablamaq üçün Corporate Finance (Korporativ Maliyyə) dərslərini yada salmalı olacağıq. Sualımızı tamamilə fərqli perspektivdən dəyərləndirməliyik. Belə ki, misalımızda olduğu kimi, 2012-ci ildə 13,000 AZN-i hansı fazi dərəcəsi ilə investisiya etməliyik ki, 3 il sonra (2015-ci ildə) 22,000 AZN olsun?

Bu sualın riyazi və maliyyə dilində qarşılığı aşağıdakı kimidir.

Growth rate - 4

Düsturu həll etdikdən sonra nəticənin 19% olduğunu görəcəyik. Düsturun Excel vasitəsilə həlli isə aşağıdakı kimidir:

Growth rate - 5

Həll yolu tamamilə cəbridir.

  • Öncə 22,000-ni 13,000-ə bölür;
  • Sonra 3-cü dərəcədən kökünü hesablayır;
  • Aldığımız nəticədən 1 çıxırıq.

Yuxarıda göstərdiyim düsturda x-in yerinə 19% (vəya 0,19)  yazsaq, nəticənin doğru olduğundan əmin olacağıq.

Formulu analiz etmək üçün faylı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – Growth rates calculations

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s