Siyahıdakı ən yüksək dəyərlərin avtomatik cəmlənməsi

Aşağıdakı siyahıda yer alan dəyərlər arasından ən yüksək 3-nün cəmini hesablamaq tapşırılsa bunu necə etməliyik?

Sum largest values - 1

İlk baxışda, bunu etmənin 3 yolu var:

  1. Manual olaraq ən yüksək 3 dəyəri müəyyən edib cəmləmək;
  2. LARGE funksiyasından istifadə edərək, ən yüksək dəyərləri tapıb, daha sonra SUM funksiyası ilə cəmləmək;
  3. Array formullarından istifadə edərək tək bir sətirdə cəmləmək.

Bu günkü yazımızda 3-cü variantdan istifadə edəcəyik.

LARGE funksiyası ilə tanış deyil isəniz, yuxarıdakı linkdən ilk əvvəl o funksiyanın nə işə yaradığına göz atmanızı tövsiyyə edirəm. Daha sonra yazmalı olacağımız formul belə olacaqdır.

Sum largest values - 2

Bütün formul auditlərində olduğu kimi, burda da hər zamankı kimi içəridən kənara doğru analiz etməliyik.

Sum largest values - 3

LARGE funksiyasının 2 komponentdən ibarət olduğunu bilirik. İlk komponenti B3:B10 aralığına istinad verərək, {1;2;3} kriteriyası ilə ən yüksək 3 dəyəri tapmasını istəyirik.

SUM funksiyası ilə də bu 3 dəyəri cəmləyirik.

Burda əsas diqqəti cəlb edən – kriteriya olaraq hər zamankı kimi 1 dəyər deyil, eyni anda 3 dəyər göstərmiş olduğumuzdur. Array formullarının ən böyük üstünlüklərindən biri də məhz 1 xana daxilinə 1-dən çox məlumat daxil edə bilməyimizdir. { } mötərizələri də məhz array formulundan istifadə etmiş olduğumuzu bizə nümayiş etdirir.

Ən yüksək 5 dəyərin cəmini hesablamaq istəsəydik, {1;2;3;4;5} yazmalı olacağımızı qeyd etməyə isə lüzum görmürəm.

Formulun yazılış mexanizmini analiz etmək üçün əlavədəki faylı endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – SUM largest values

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s