Dublikat dəyərlərin Şərti Formatlama ilə müəyyən edilməsi

İki fərqli siyahıdakı təkrarlanan dəyərləri ən qısa yolla necə öyrənə bilərik? Bunun üçün uzun-uzadı formul yazıb vaxt itirməyə dəyməz. Excel-in Conditional Formatting (Şərti Formatlama) vasitəsilə ilə problemi saniyələr ərzində həll edə bilərik.

Fərz edək ki, əlimizdə aşağıdakı kimi 2 fərqli siyahı var və biz istəyirik ki, 1-ci siyahıda 2-ci siyahıda olmayan ölkələri müəyyən edək.

Cond. Format Duplicates - 1

Qarşımızda duran sual çox bəsitdir: hansı ölkələr hər iki siyahıda da yer almışdır?

Bunun üçün hər iki siyahını highlight edib, Home >> Styles >> Conditional Formatting >> Highlight Cell Rules >> Duplicate Values ünvanına gedirik.

Cond. Format Duplicates - 2

Qarşımızda açılan dialoq qutusunda təkrarlanan bütün dəyərlərin avtomatik fərqləndirildiyini görəcəyik. Burda əlavə 2 nyuans var.

Cond. Format Duplicates - 3

Duplicate / Unique seçimi – İstəyimizə uyğun olaraq ya təkrarlanan, ya da unikal dəyərlərin fərqləndirilməsini istəyə bilərik. Biz misalımızda təkrarlanan dəyərləri seçirik

Rəngləndirmək istədiyimiz rəngin seçimi – Tamamilə zövqümüzə uyğun bir rəng seçə bilərik.

OK kliklədikdən sonra, hər iki siyahıda yer alan dəyərlər yuxarıdakı screenshot-da olduğu kimi qırmızı rəng və çəhrayı fona bürünmüş olacaqdır. List 1-dəki unikal siyahını əldə etmək üçün isə, həmin siyahıya filter tətbiq edib (Ctrl + Shift + L), rəngsiz xanaları seçməliyik.

Cond. Format Duplicates - 4

Beləliklə, unikal siyahımızı əldə etmiş olacağıq.

Cond. Format Duplicates - 5

Bu qədər sadə. Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s