Word faylından kopyaladığımız mətni Excel-də bir neçə sətrə necə bölməli?!

Sıx rastlaşılan problemlərdən biri də, Word-də yazmış olduğumuz hər hansı bir mətni Excel-ə kopyala / yapışdır edərkən, bütün mətnin tək bir xanaya daxil edilməsidir. Təxminən aşağıdakı kimi Word dosyasında olan yazını

Justify - 1

Excel-ə yapışdırmaq istəsək, belə bir nəticə ilə üzləşəcəyik.

Justify - 2

Yəni, bütün paraqraf tək bir xanada tək bir sətir halına dönüşəcəkdir. Bu yazıda bu problemi aradan qaldırmanın yolunu analiz edəcəyik.

Əvvəla, yazını neçə sətir və ya sütuna yerləşdirəcəyimizi müəyyən edirik. Mən yazımı B2:G6 aralığına yerləşdirmək istədiyimi fərz edirəm.

Justify - 3

Bu aralıq seçildikdən sonra isə, Home >> Editing >> Fill >> Justify seçilərək əməliyyat tamamlanır.

Justify - 4

Artıq, seçmiş olduğum paraqraf tək bir xanada yox, müəyyənləşdirmiş olduğum ölçülərə transform edilmiş oldu.

Justify - 5

Daha öncə seçmiş olduğumuz B2:G6 aralığı xanalara istinad olmaqdan ziyadə, mətni hansı ölçülərdə bölmək istədiyimizi nümayiş etdirmək üçün mətnin fiziki çərçivəsini müəyyən etmək üçündür. Yəni, Justify edildikdən sonra mətn yenə də əvvəlki kimi B sütununda müvafiq sətirlərdə yer alacaqdır.

Justify etdiyimiz mətnin ölçülərini bəyənməsək, onu istənilən qədər dəyişdirmə imkanına sahibik. Yeni ölçüləri seçib hər dəfə yuxarıdakı addımları izləyərək, mətnin ölçülərini tam razı qalana qədər istəyimizə uyğun dəyişə bilərik.

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s