Komponentinə istinadən mətnin VLOOKUP ilə tapılması

VLOOKUP funksiyası haqqındakı yazımızda konkret mətnlərin müəyyən siyahılarda axtarılaraq, onlara aid müvafiq məlumatların tapılması zamanı istifadə edilməsini müzakirə etmişdik. Yəni, məsələn “Azerbaijan” sözünü hansısa bir siyahıda axtarıb tapmaq kimi. Bəs, bütün sözü deyil, sadəcə onun bir hissəsini axtarmaq istəsək nə etməli? Məsələn, Johnson soyadlı işçinin maaşını bilmək istəsək?

 VLOOKUP - expanded - 1

Eyni mahiyyətli işi SUMIF funksiyasının fərqli tətbiqi zamanı da görmüşdük. İndi də eyni məntiqlə davam edəcəyik. VLOOKUP funksiyasının ən böyük mənfi cəhəti odur ki, axtarmaq istədiyimiz hər hansı bir sözü və ya mətni tam və dəqiq yazmalı olduğumuzdur. Yəni ən az bir hərf belə səhv və ya əksik olsa, VLOOKUP funksiyası #N/A xətasını verəcəkdir (Exceldə formul xətaları haqda daha ətraflı – Excel-də formul xətaları (formula errors)). Bu problemi aşmanın da öz yolu vardır. Adi VLOOKUP funksiyasını yenə yazacağıq, fəqət bu səfər lookup_value olaraq fərqli bir sintaksdan istifadə edəcəyik.

VLOOKUP - expanded - 2

Gördüyümüz kimi, funksiyanın birinci komponentindən başqa (lookup_value) digər bütün komponentləri tamamilə eynidir. İlk komponentin mənası isə çox sadədir.

VLOOKUP - expanded - 3

VLOOKUP funksiyasının adi istifadəsi zamanı yalnız B13 xanasını istinad olaraq göstərirdiksə, indiki halda istinad olaraq B13 xanasının əvvəlinə və sonuna ulduz işarəsi (*) qoyuruq. Bu o deməkdir ki, axtardığımız dəyər içində B13 xanasındakı olan dəyərdir. Yəni əvvəli və sonunda başqa hərf/rəqəm/boşluq ola bilər.

Burda bir digər problem axtarılmaq istənilən mətnin birdən çox xanada yer alması zaman baş verir. Belə olan halda Excel sadəcə ilk tapdığı, yəni yuxarıdan aşağı gələrkən ilk qarşılaşdığı dəyəri bizə verəcəkdir. Misalımızda Ford soyadlı 2 işçi olduğunu görürük. Eyni formulu Ford üçün yazsaq, nəticə olaraq Alicia Fordun əmək haqqısını bizə göstərəcəkdir, çünki Alicia digər Ford olan Tomdan siyahıda daha yuxarıdadır.

VLOOKUP - expanded - 4

Amma istənilən halda, unikal siyahıların olduğu və axtarış imkanlarının geniş olmadığı zamanlarda bu vasitədən effektiv şəkildə istifadə etmək mümkündür.

Hazır formul olan faylı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – VLOOKUP – complex formula

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s