Eyni adlı / soyadlı şəxslərin satışlarının cəminin SUMIF ilə hesablanması

Təsəvvür edək ki, həyat sığortası satışı ilə məşğul olan şirkətik və şirkətimizin satış nümayəndələri var. Hər bir nümayəndəyə aid satış məbləğləri isə aşağıdakı kimi olmuş olsun.

SUMIF - developed - 1

Eyni şəsxə aid satışların cəminin hesablanmasını SUMIF funksiyası mövzusunda ətraflı müzakirə etmişdik, bəs eyni adlı / soyadlı şəxslərin satışlarının cəmini necə hesablaya bilərik?

Məsələn, soyadı Ford olan şəxslərin satışlarının cəmi necə hesablana bilər? SUMIF funksiyasını xatırlasaq, sintaksının aşağıdakı kimi olduğunu görərik:

  • Range – Satıcıların adları olan siyahı
  • Criteriaaz sonra müzakirə edəcəyik
  • Sum_range – Satışlar olan siyahı

Yuxarıdakı problemi həll etmək üçün, Range və Sum_range hissələrinə dəyməyəcəyik, əsas “oynamalı” olduğumuz sahə ikinci, yəni Criteria olan sahədir.

Məsələn, hər hansı bir konkret şəxsə aid satışların cəmini müəyyən etmək istəsəydik aşağıdakı kimi bir formul yazmalı olacaqdıq.

SUMIF - developed - 2

Qeyd etmək lazımdır ki, burda hər bir satış nümayəndəsinin adı 1 dəfə keçir deyə, bu nəticə VLOOKUP funksiyası ilə də əldə edilə bilərdi.

Konkret hər hansı bir şəxsin nəticələrini görmək üçün, yuxarıdakı formul kifayət edəcəkdi, lakin soyadı, fərz edək ki, Ford olan şəxslərin satışlarının cəmini necə hesablaya bilərik?

Bunun üçün yazacağımız formul aşağıdakı kimi olmalıdır.

SUMIF - developed - 3

Fikir veririksə, kriteriyamızda B13 xanasının ətrafına ulduz (*) işarələri qoymuşuq. Bununla da Excel-ə deyirik ki, “arasında B13 xanasındakı dəyərə bərabər olan bütün xanaları nəzərə al“. Ulduz işarəsi “istənilən dəyər” anlamına gəlir. Yəni B13 xanasındakı dəyərin (Ford) əvvəlində və sonunda istənilən yazı, rəqəm və ya boşluq ola bilər. Əsas olaraq kriteriya olaraq baxdığımız – həmin yazıda Ford sözünün olmasıdır, əvvəli və sonundakı yazılar önəmli deyil.

Eyni məntiqlə, içində “a” hərfi olan, “son” sözü keçən kimi kriteriyalardan istifadə edərək istənilən nəticəni əldə etmək olar. Formulu analiz etmək istəsəniz, əlavədəki hazır faylı endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – SUMIF – more comlex criterias

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s