Dublikat dəyərlərin Şərti Formatlama ilə müəyyən edilməsi

İki fərqli siyahıdakı təkrarlanan dəyərləri ən qısa yolla necə öyrənə bilərik? Bunun üçün uzun-uzadı formul yazıb vaxt itirməyə dəyməz. Excel-in Conditional Formatting (Şərti Formatlama) vasitəsilə ilə problemi saniyələr ərzində həll edə bilərik.

Fərz edək ki, əlimizdə aşağıdakı kimi 2 fərqli siyahı var və biz istəyirik ki, 1-ci siyahıda 2-ci siyahıda olmayan ölkələri müəyyən edək.

Cond. Format Duplicates - 1

Continue reading

Şərti Formatlamanın nə qədər faydalı olduğunu göstərən misal

Şərti Formatlama haqqında bir çox yazılarımız oldu və bu mövzunun əslində lazım olduğundan daha zəif qavranıldığı, mahiyyətinin, məsələn, funksiyalar qədər yaxşı anlaşılmadığı və gündəlik işlərimizdə lazımi yerlərdə istifadə edilmədiyini müşahidə edirik. Bu yazıda kiçik bir misalla, şərti formatlamanın nə qədər lazımlı və faydalı olduğunu görəcəyik.

Continue reading

Komponentinə istinadən mətnin VLOOKUP ilə tapılması

VLOOKUP funksiyası haqqındakı yazımızda konkret mətnlərin müəyyən siyahılarda axtarılaraq, onlara aid müvafiq məlumatların tapılması zamanı istifadə edilməsini müzakirə etmişdik. Yəni, məsələn “Azerbaijan” sözünü hansısa bir siyahıda axtarıb tapmaq kimi. Bəs, bütün sözü deyil, sadəcə onun bir hissəsini axtarmaq istəsək nə etməli? Məsələn, Johnson soyadlı işçinin maaşını bilmək istəsək?

 VLOOKUP - expanded - 1

Continue reading

Eyni adlı / soyadlı şəxslərin satışlarının cəminin SUMIF ilə hesablanması

Təsəvvür edək ki, həyat sığortası satışı ilə məşğul olan şirkətik və şirkətimizin satış nümayəndələri var. Hər bir nümayəndəyə aid satış məbləğləri isə aşağıdakı kimi olmuş olsun.

SUMIF - developed - 1

Eyni şəsxə aid satışların cəminin hesablanmasını SUMIF funksiyası mövzusunda ətraflı müzakirə etmişdik, bəs eyni adlı / soyadlı şəxslərin satışlarının cəmini necə hesablaya bilərik?

Continue reading