Eyni anda bir neçə xanaya eyni datanı necə əlavə etməli?

Daha öncə aralıq cəmlərin tək bir əməliyyat ilə hesablanması qaydasını Aralıq cəmlərin tək əməliyyat ilə hesablanması yazısında müzakirə etmişdik. Bu yazımızda isə, tək bir əməliyyat ilə eyni datanı müxtəlif xanalara necə daxil etməli olduğumuzu öyrənəcəyik.

Məsələn, aşağıdakı cədvəlin hər bir xanasına 25 ədədini əlavə etmək istəsək, 25 ədədini kopyalayıb (Ctrl + C), digər bütün xanalara yapışdırmalıyıq (Ctrl + V).

Multiple entries - 1

Biz bunun çox daha asan yolunu görəcəyik.

Kopyala-yapışdır ən sadə çıxış yolu kimi görünsə də, bundan daha effektiv bir yol var. Bunun üçün

  1. 25 ədədi daxil edilmək istənən bütün xanalar seçilir
  2. Yuxarıda funksiya sətirinə gedilib 25 yazılır
  3. Ctrl + Enter kombinasiyası ilə əməliyyat sona yetirilir.

Multiple entries - 2

Sadəcə Enter düyməsinə bassaq, o zaman Excel seçilmiş aralıqdakı bir sonrakı xanaya gedəcək, yəni əməliyyatımız həyata keçməmiş olacaq. O səbəbdən Ctrl + Enter hissəsində diqqətli olmağa çalışın.

Bu üsulu həyata keçirmənin ən böyük üstünlüyü, daya daxil edilmək istənilən xanalar yuxarıdakı kimi yan-yana, alt-alta olduğu zaman deyil, bir-birindən uzaqda, aralarında hər hansı bir yaxınlıq olmadığı zaman ortaya çıxır. Məsələn aşağıdakı screenshot-a nəzər yetirək.

Multiple entries - 3

Bu xanalara bir-bir kopyala-yapışdır etmək çox qeyri-effektiv həll yolu olacaqdır. Yuxarıda izah etdiyimiz kimi 3 addımdan ibarət yol izləsək, məsələni anında həll etmiş olacağıq.

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s