Tab düyməsinin üstünlüyü

Hər birimiz, vaxtaşırı da olsa, data entry adlandırdığımız, müəyyən məlumatın Excel səhifəsinə daxil edilməsi ilə məşğul oluruq. Yəni, məlumatı hər hansı bir məlumat bazasından birdəfəlik çəkmək əvəzinə, bu məlumatı bir-bir daxil etmək məcburiyyətində qalırıq. Bunu edərkən işimizi daha da sürətləndirmək üçün, müəyyən yollar var. Bu yollardan biri, bir sətirdəki bütün müvafiq sütunları doldurub ən son sütuna gəldikdən sonra Enter düyməsinə basaraq bir alt sətirdəki ən birinci sütuna gəlməkdir. Bunun üçün klaviaturadakı Tab düyməsindən istifadə edəcəyik.

Tab - 1

Hər məlumat daxil edildikdən sonra Tab düyməsindən istifadə edərək sağdakı xanaya keçid etməliyik. Aşağıdakı görüntüyə nəzər yetirək.

capture-1

Gördüyümüz kimi, maaş yazıldıqdan sonra Enter düyməsinə basdığımız anda cursor ən başdakı sütuna qayıtmış oldu. Bunun səbəbi, hər məlumatı daxil etdikdən sonra sağa getmək üçün Tab düyməsindən istifadə etməyimizdir. Tab düyməsi deyil, klaviaturanın sağ ox düyməsindən istifadə etmiş olsaydıq, maaşı daxil edib Enter düyməsinə basdığımız zaman cursor ən başdakı sütuna deyil, elə maaş sütununda 1 alt xanaya keçəcəkdi.

Çox böyük həcmdə məlumatlar daxil edilərkən bu cür kiçik, lakin çox effektiv vasitədən istifadə etməklə, əmək və vaxtımıza qənaət etmiş olacağıq.

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s