Excel-də dinamik diaqramların qurulması

Dinamik diaqram dedikdə, istəyə bağlı olaraq dəyişdirilən, sabit olmayan diaqramlar nəzərdə tutulur. Bu günkü yazımızda bir neçə diaqramın filter vasitəsilə istəyə uyğun olaraq sıralanmasını müzakirə edəcəyik. Nə əldə etmək istədiyimizi daha aydın anlamaq üçün aşağıdakı görüntüyə baxaq.

capture-1

Çox effektiv görünür, deyilmi? Gəlin, buna necə nail olacağımıza baxaq. Əslində, bu problemin həll yolu çox sadədir. Bütün addımları bir-bir ələ alaq.

  1. Öncəliklə, diaqramımızın əsasını təşkil edən bir cədvəlimiz olmalıdır.
    Dynamic charts - 1
  2. Bu cədvəl əsasında 3 fərqli diaqram hazırlayırıq. Diaqramlar üçün Insert >> Charts ünvanına getməyimiz kifayətdir. Burda istədiyimiz növdə diaqramı seçib istifadə edə bilərik. Bizim bu misalda istifadə etdiyimiz – Clustered Column Chart-dır.
  3. Diaqramlarımızı hazırladıqdan sonra, onları yerləşdirəcəyimiz xanaları müəyyən edib, hər bir diaqramın adını həmin xanaya daxil edirik. Məsələn, B2, B3 və B4 xanalarına aşağıdakı mətnləri daxil edirik.
    Dynamic charts - 2
  4. Hazırladığımız hər bir diaqramı adına uyğun xananın üstünə gətirir və hər 3 xananı diaqramı bütövlüklə içinə alacaq şəkildə böyüdürük.
    Dynamic charts - 3
    Fikir verirsinizsə, bütün diaqram B2 xanasının içinə yerləşdirilib. Digər 2 diaqramı da eyni şəkildə araya boş xana gəlməyəcək şəkildə alt-alta B3 və B4 xanalarına daxil edir və xanaların ölçülərini diaqramın ölçüsü nisbətində böyüdürük.
  5. Ən yuxarıya “Select chart” yazısını əlavə edir və bütün siyahıya filter tətbiq edirik. Daha öncədən B2-B4 xanalarına Revenue, CostsNet profit yazdığımız üçün, filterdə məhz bu 3 yazı görünəcək. Və bu yazıların üstündə müvafiq diaqramlar yer aldığı üçün, filterdən seçəcəyimiz hər bir seçənəyə uyğun diaqramımızı gətirmiş olacağıq. Və hər bir diaqramı tərpətsək, altında həmin diaqramın adını görəcəyik. Əgər o adları xanalara daxil etməsək, filterləmə apara bilməyəcəyik.

Bu qədər sadə. Artıq, istədiyimiz diaqramı filterdə saxlaya, istəmədiklərimizi isə filter xaricində tuta bilərik. Burda etdiyimiz B2-B4 xanalarına daxil etdiyimiz yazıları filterləməkdir. Üzərlərində diaqramlar olduğu üçün isə, yazı ilə birgə diaqramları da filterləmiş oluruq.

Əgər özünüz etməkdə çətinlik çəksəniz, əlavədəki faylı endirib bütün nyuansları analiz edə bilərsiniz.

Uğurlar!

Faylı endir – Filtering charts

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s