Aralıq cəmlərin tək əməliyyat ilə hesablanması

Hesab edək ki, 4 fərqli ölkənin hər birinin 3 şəhərinin əhalisinin sayı olan siyahımız var. Və biz hər bir ölkənin əhalisinin ümumi sayını hesablamaq istəyirik.

Add subtotals - 1

SUM funksiyasından istifadə edərək hər bir ölkə əhalisini ayrı-ayrılıqda hesablaya bilərik, lakin bunun çox daha qısa və effektiv yolunu öyrənəcəyik.

Bunun üçün öncə formullarımızı daxil edəcəyimiz bütün boş xanaları seçməliyik. Atacağımız addımlar aşağıdakı kimi olacaqdır:

  1. İlk boşluq olan xanadan etibarən bütün siyahı seçilir
  2. Home >> Editing >> Find & Select >> Go To Special >> Blanks klikənir
    Add subtotals - 2

Excel avtomatik o aralıqda yer alan bütün boş xanaları seçmiş olacaq.

Daha sonra funksiya sətirində formulumuzu daxil etməyə başlaya bilərik. Aşağıdakı gif faylında bütün addımlar açıq bir şəkildə göstərilmişdir.

capture-1

  1. Əvvəla, formul daxil etmək istədiyimiz bütün xanaların seçilmiş olduğundan əmin olmalıyıq.
  2. Yuxarıda funksiya sətirinə (fx) gələrək istədiyimiz formulu daxil edirik. Misalımızda, bu, adi SUM funksiyasıdır.
  3. Formulu yazıb bitirdikdən sonra Enter yox, Ctrl + Enter basırıq. Bu hissəsi çox önəmlidir. Təkcə Enter bassaq istədiyimiz nəticəni əldə edə bilməyəcəyik.

Bu qədər bəsit. Sadəcə bir nyuansı da unutmayın. Bizdə siyahıda hər ölkəyə aid 3 şəhər var idi, amma ölkəyə aid şəhərlərin sayı dəyişsə, formul ilk daxil etdiyimiz xana sayına uyğun hesablama aparacaq. Məsələn, biz funksiya sətirində C4:C6 aralığını göstərdiyimiz üçün, Excel hər zaman 3 ədəd komponenti cəmləyəcək. Bu da şəhər sayıları 3-dən fərqli olan ölkələrdə yanlış nəticələr verəcək. Amma əgər hər bir kateqoriyada komponent sayları eynidirsə, bu yoldan istifadə edə bilərsiniz.

Uğurlar!

Advertisements

2 thoughts on “Aralıq cəmlərin tək əməliyyat ilə hesablanması

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s