Excel 2007- dən imtina etmək üçün 7 səbəb

2015-ci ildə olmağımıza baxmayaraq Excel istifadəçilərin böyük hissəsi hələ də 2007 və 2010 versiyalarından istifadə edir. Bu yazımızda bunun heç də yaxşı fikir olmadığını, 2007-ni 2013-ə dəyişdiyimiz anda qazandıqlarımızı görəcəyik. Aradakı fərqlərin daha dolğun anlaşılması üçün Excel 2007 və Excel 2013 versiyaları arasındakı fərqlərdən danışacağıq.

1. Flash Fill

Excel 2013-də təqdim olunan ən böyük yenilik şübhəsiz ki, Flash Fill-dir. Atacağımız addımları müəyyən məntiq çərçivəsində proqnozlaşdıran və bütün işi bizim yerimizə görən əvəzsiz bir vasitədir (Daha ətraflı – Flash Fill – sehrli vasitə).

2. Avtomatik təklif olunan analitik vasitələr

Hər hansı bir cədvəli vizuallaşdırmaq istəsək, həmin cədvəli seçdikdən sonra, Excel 2013 bu məlumatı vizuallaşdırmanın təkliflərini avtomatik təklif edir.

What's new in Excel 2013 - 1

Screenshot-da gördüyümüz kimi, məlumat seçildiyi anda sağda altda dördbucaqlı bir ikona əmələ gəlir. İkonanın içində isə bu məlumatı / datanı vizuallaşdırmaq / zənginləşdirmək üçün mümkün həll yolları avtomatik təklif olunur. Hər bir kateqoriya haqqında aşağıdakı keçidlərdən daha ətraflı məlumat ala bilərsiniz.

3. Yeni rəng paleti

Excel 2013-dəki rəng paleti 2007-dəkinə nisbətdə çox daha professional tərtib olunub. Rənglər daha xoş və gözəldir. Soldakı 2013, sağdakı isə 2007-ci versiyada olan rəng paletləridir.

What's new in Excel 2013 - 2

4. Sparklines

Sparklines – xanadaxili kiçik diaqram və qrafiklərdir. Excel bu imkanı 2010-cu versiyasında təqdim etdi. Bundan öncə hər hansı bir diaqramı xana ölçülərinə gətirmək üçün ciddi çətinliklər çəkməli olurduq, 2010-dan sonra isə bu problem kökündən həll edildi.

What's new in Excel 2013 - 3

Daha ətraflı Xanadaxili diaqram və qrafiklər keçidindən istifadə edərək məlumat ala bilərsiniz.

5. Slicer və Timeline filterlər

Excel 2010-cu il versiyasında ənənəvi filterlərlə yanaşı, daha öncə heç kimə məlum olmayan 2 yeni filter təqdim etdi – Slicer və Timeline filterlər. Bu filterlər hamımızın bildiyi adi filterlərdən gördükləri iş baxımından fərqlənmir. Tək fərqləri vizuallıqlarındadır. Slicer və Timeline filterlər məlumatı çox daha asan və effektiv şəkildə filterləməyə yarayır. Mövzu ilə daha ətraflı bu keçiddən tanış ola bilərsiniz – Pivot Table və Slicer Filter – çox güclü analitik iki vasitə.

6. Yeni funksiyalar

Excel 2013 bərabərində bir çox yeni funksiya da gətirdi. Bu funksiyaların əksəriyyəti maliyyə, mühəndislik, riyazi, statistik və məntiqi funksiyalardır. Geniş kütlə tərəfindən istifadə edilə biləcəkləri Excel 2013 ilə gələn 4 yeni funksiya adlı mövzuda ətraflı müzakirə etmişik.

7. Ümumi interfeys

Excel 2013 tamamilə fərqli interfeysə sahibdir. Menu çox daha gözəl və professional tərtib olunub, rənglər mümkün qədər neytral çalarlarda istifadə olunub. Excel 2013-dən istifadə Excel 2007-ə görə dəfələrlə daha xoş və qənaətbəxşdir.

Ümumi olaraq baxdığımızda, illər keçdikcə, Microsoft öz Excel-ini təkmilləşdirməklə bərabər, BI (Business Intelligence) və BW (Business Warehouse) komponentlərini də əlavə etməyə başlamışdır. Bu komponentlər ERP (Enterprise Resource Planning) adlandırılan modular proqramların gördüyü işlərin mahiyyətində funksionallıq göstərir. Yəni, 2013-dən etibarən, Excel-də databazaların yığılması, saxlanılması, bu bazalar vasitəsilə avtomatik hesabatların ərsəyə gətirilməsi prosesi sürətli bir şəkildə irəli doğru addım atmışdır. Power View, Power Map, Power Query və Power Pivot kimi çox böyük imkanlar Excel-in istifadəsini daha da məcburi edir.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s