Eyni anda bir neçə xanaya eyni datanı necə əlavə etməli?

Daha öncə aralıq cəmlərin tək bir əməliyyat ilə hesablanması qaydasını Aralıq cəmlərin tək əməliyyat ilə hesablanması yazısında müzakirə etmişdik. Bu yazımızda isə, tək bir əməliyyat ilə eyni datanı müxtəlif xanalara necə daxil etməli olduğumuzu öyrənəcəyik.

Məsələn, aşağıdakı cədvəlin hər bir xanasına 25 ədədini əlavə etmək istəsək, 25 ədədini kopyalayıb (Ctrl + C), digər bütün xanalara yapışdırmalıyıq (Ctrl + V).

Multiple entries - 1

Biz bunun çox daha asan yolunu görəcəyik.

Continue reading

Advertisements

Tab düyməsinin üstünlüyü

Hər birimiz, vaxtaşırı da olsa, data entry adlandırdığımız, müəyyən məlumatın Excel səhifəsinə daxil edilməsi ilə məşğul oluruq. Yəni, məlumatı hər hansı bir məlumat bazasından birdəfəlik çəkmək əvəzinə, bu məlumatı bir-bir daxil etmək məcburiyyətində qalırıq. Bunu edərkən işimizi daha da sürətləndirmək üçün, müəyyən yollar var. Bu yollardan biri, bir sətirdəki bütün müvafiq sütunları doldurub ən son sütuna gəldikdən sonra Enter düyməsinə basaraq bir alt sətirdəki ən birinci sütuna gəlməkdir. Bunun üçün klaviaturadakı Tab düyməsindən istifadə edəcəyik.

Tab - 1

Continue reading

NPV funksiyası – xalis bugünkü dəyərin hesablanması

Maliyyə bazarları, investisiyalar və layihələrin qiymətləndirilməsi sahələrində çalışan professionallar NPV (Net Present Value), yəni Xalis Bugünkü Dəyər mövhumu ilə yaxından tanışdır. Tanış olmayanlar üçün xülasə şəklində izah etməyə çalışacağam.

Korporativ Maliyyə (Corporate Finance) elminin birinci qanunu belə səslənir: “Bu günün 1 dolları sabahın 1 dollarından daha dəyərlidir”. Çünki bu gün əlimizdə olan 1 dolları hər hansı bir yerə investisiya etsək, sabaha qədər çox cüzi də olsa müəyyən bir artış göstərəcəkdir. Yəni, sabahkı 1 dollar elə 1 dollar olaraq qalacaq, halbuki bu günkü 1 dollar investisiya edilsə, sabaha qədər 0,00001 USD də olsa artış göstərəcəkdir. Və bu da, bu günün 1 dollarını sabahın 1 dollarından daha dəyərli edir, çünki sabaha qədər müəyyən gəlir əldə etmək imkanı yaradır.

Continue reading

Formul olan xanaları necə “qorumalı?”

Excel faylımızda bəzi xanaların digər istifadəçilər tərəfindən “əlçatmaz” olmasını istəyə bilərik. Excel faylların böyük əksəriyyətində adi məlumatla yanaşı, hesablanan xanalar da olur və bu xanaların heç kəs tərəfindən dəyişdirilməməsini istəyə bilərik. Yəni, sadəcə formullar olan xanaların toxunulmaz qalmasına nail olmaq istəyirik. Digər bütün həll yollarında olduğu kimi, burda da hər şeyi manual edə bilərik. Bir-bir bütün formul olan xanaları müəyyən edib, sonrası hər birini ayrı-ayrılıqda seçib protect edə bilərik. Bunun qısa yolunu bu günkü yazımızda ələ alacağıq.

Continue reading

Excel 2007- dən imtina etmək üçün 7 səbəb

2015-ci ildə olmağımıza baxmayaraq Excel istifadəçilərin böyük hissəsi hələ də 2007 və 2010 versiyalarından istifadə edir. Bu yazımızda bunun heç də yaxşı fikir olmadığını, 2007-ni 2013-ə dəyişdiyimiz anda qazandıqlarımızı görəcəyik. Aradakı fərqlərin daha dolğun anlaşılması üçün Excel 2007 və Excel 2013 versiyaları arasındakı fərqlərdən danışacağıq.

Continue reading