Pilləli dropdown siyahılar (Multi-dropdown lists)

İstənilən xanaya hər hansı bir siyahını əlavə etmək üçün Data Validation-dan istifadə edir və Excel-də bu cür siyahıları dropdown list adlandırırıq. (Daha ətraflı – Dropdown lists – xanaya siyahının əlavə edilməsi). Bu vasitə tək bir xanaya siyahı əlavə edildiyi zaman əvəzsiz rol oynayır. Bəs bir-birindən asılı dropdown list hazırlamaq istəsək nə etməli? Supermarket olaraq aşağıdakı məhsul kateqoriyaları üzrə portfelimiz olmuş olsun: geyim, elektronik əşyaev heyvanları.

Multi dropdown lists - 1

Biz istəyirik ki, Clothing kateqoriyası seçildiyi zaman bir altdakı xanada yalnız və yalnız geyimə aid olan siyahı, Electronics seçildiyi zaman yalnız elektornik əşyalar olan siyahı və s. gəlsin. Bunu etmək əlbəttə mümkündür və Excel-də bu cür siyahılar multi-dropdown lists və ya cascade dropdown lists. Etmək istədiyimizi vizual olaraq aşağıdakı görüntündən müşahidə edə bilərik.

Multi dropdown lists

Belə bir şey əldə etmək üçün aşağıdakı addımlara ciddi riayət etmək gərəkdir:

  1. Yuxarıdakı məhsul siyahıları hər biri ayrı-ayrılıqda named range olaraq adlandırılmalıdır, yəni reference olaraq B3:B6 formatında yox, məhz ad olaraq müəyyənləşdirilməlidir. Bunu etmək üçün adlandırılmaq istənilən aralıq seçilir və A sütunun üzərində olan qutucuğa adı daxil ediliərək Enter basılır.
    Multi dropdown lists -2
  2. Daha sonra Category xanasına bu 3 əsas məhsul kateqoriyası dropdown list olaraq daxil edilir.
  3. Product xanasına dinamik dropdown list daxil etmək üçün isə Data >> Data Validation dialoq qutusu açılır və INDIRECT funksiyasında istifadə etməklə aşağıdakı kimi düstur daxil edilir.

    Multi dropdown lists - 2

  4. OK kliklənərək dialoq qutusu bağlanır.

Etdiklərimizi çox sadə dillə izah edəsi olsaq, daha öncə müəyyən etdiyimiz named range siyahılarımızı INDIRECT funksiyası vasitəsilə Excel-ə göstərir və hər kateqoriyaya uyğun müvafiq siyahıları gətirmiş oluruq.

Əgər hər şeyi doğru etdiysək, hər dəfə kateqoriyamızı dəyişdikdə, sırf ona aid məhsulların gəlməsinə nail olacağıq. Hesablamaların olduğu faylı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – Multi-dropdown lists

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s