Ən böyük artışın tək bir formulla müəyyən edilməsi

Hesab edək ki, filiallarımızın ilin ilk 2 kvartalında həyata keçirdiyi satışları analiz etməliyik və qarşımızda duran məqsəd – birinci kvartala nisbətdə 2-ci kvartaldakı ən böyük artışı müəyyən etməkdir. Yəni, hansı filial 2-ci kvartalda digər filiallara nisbətdə ən böyük artışı etmişdir. Məqsədimiz bu, filiallarımız isə aşağıdakı kimidir.

Highest increase - 1

Bunu əlbəttə, yeni sütunlar açıb, hər bir filialın = Q2 – Q1 formulu ilə 2 kvartal arasındakı fərqini hesablaya;

Highest increase - 2

və əldə olunan nəticələri da MAX funksiyasından istifadə edərək aralarındakı ən böyük dəyəri ortaya çıxara bilərik.

Highest increase - 3

Bu, mümkün olan, lakin uzun bir işdir. Eyni problemi tək bir formul vasitəsilə həyata keçirəcəyik.

Bunun üçün array formula adlandırdığımız eyni xanada birdən çox sətir və sütun hesablamalarında istifadə olunan vasitəyə üz tutacağıq. Array formullara sonrakı yazılarda daha ətraflı toxunacağıq.

Konkret problemimizə qayıdası olsaq, yazmalı olacağımız formul aşağıdakı kimi olacaqdır.

Highest increase - 4

Atdığımız addımları bir-bir ələ alaq:

  1. Əvvəla, ən yüksək dəyəri tapmaq istədiyimiz üçün MAX funksiyasından istifadə edəcəyik.
  2. Hər bir filiala aid sətirdəki Q2 dəyərindən Q1 dəyərini çıxmaq əvəzinə, biz bunu bütün aralıq şəklində tək bir əməliyyat ilə edirik. Yəni D3-C3 əvəzinə, D3:D9-C3:C9 yazırıq. Bununla Excel-ə deyirik ki, bu aralıqdakı müvafiq xanaları bir birindən çıx.
  3. Son olaraq isə Enter yox, Ctrl+Shift+Enter kombinasiyasından istifadə edərək formulu daxil edirik. Əgər sadəcə Enter basılsa, formul #VALUE, yəni xəta mesajı verəcəkdir.

Highest increase - 5

Yuxarıdakı screenshot-dan da gördüyümüz kimi, MAX funksiyasının başında və sonunda { } işarələri var. Bu, array formullarına xas bir xüsusiyyətdir.

Array formulları haqda gələcək yazılarda ətraflı danışacağıq.

Hələlik bu qədər, uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s