Excel-də siyahıları istəyə uyğun ardıcıllıqla sıralamaq

Excel-də custom siyahıların hazırlanması mövzusunu müzakirə edərkən (Daha ətraflı – Excel-də custom siyahıların hazırlanması), şirkətimizə aid rayon filiallarının siyahısını tərtib etmişdik. Qarşımızda duran sonrakı problem, bu filiallar olan məlumat bazasının istədiyimiz ardıcıllıqla sıralanmasıdır. Bunu necə etməli? Excel-dəki standart ardıcıllıq ya əlifba sırasına görə, ya da dəyərlərin böyüklüyünə görə edilir. Biz isə bunu öz arzuladığımız ardıcıllıqla edəcəyik.

Bəhsini etdiyimiz sıralamanın ikonası aşağıdakı kimidir.

Custom sorting - 1

Bəzi hesabatlar əlifba sırasına görə yox, komponentlərinin vaciblik dərəcəsinə görə sıralanmalıdır. Məsələn, Bakı filialı və ya Mərkəzi filial hər zaman ən üstdə yer almalı ola bilər, çünki böyük ehtimalla ən böyük dövriyyəsi olan filial olacaqdır. Filiallarımızı adi əlifba sırasına görə sıralasaq, bəlkə də vaciblik baxımından ən az çəkiyə sahib olan filial ən üstdə olmuş olacaq. Bunun qarşısını almaq üçün, öncədən filiallarımızın önəm sırasına uyğun ardıcıllığını müəyyən etməliyik. Şərti olaraq aşağıdakı ardıcıllığı müəyyən edəcəyəm.

Custom sorting - 2

Sıramız Bakı, Gəncə, Quba, Şəmkir, Şəki və Lənkəran şəklindədir. İndi isə, gəlin cədvəlimizlə tanış olaq.

Custom sorting - 3

Gördüyümüz kimi, fərqli tarixlərdə, fərqli filiallarda satılan məhsullar olan siyahı ilə qarşı qarşıyayıq. Daha öncə də qeyd etdiyim kimi, bu siyahı tarixlərə görə sıralanıb, Lakin biz bu siyahını filiallara görə sıralamaq istəyirik. Bunu edəcəyimiz təqdirdə, siyahı əlifba sırasına görə sıralanacaq, fəqət bizim üçün vacib olan əlifba sırası yox, filialların vaciblik ölçüsüdür. Yəni elə bir sıralama etməliyik ki, ən vacib saydığımız filial ən üstdə, digərləri də önəm dərəcəsinə görə davamında olsun.

Custom siyahılar məhz burda köməyimizə çatır. Bir az əvvəl yuxarıda filiallarımızın vaciblik dərəcəsinə uyğun siyahımızı hazırlamışdıq. İndi isə bu siyahıdan istifadə edərək ardıcıllığımızı dəyişdirəcəyik. Bunun üçün filiallar olan sütun seçilir və Home >> Editing >> Sort & Filter >> Custom Sort seçilir.

Custom sorting - 4

Qarşımıza çıxan yeni qutudan Expand the selection seçilir.

Custom sorting - 5

Daha sonra isə sıralamanın əsas alınacağı sütunun adı (Branch), o sütundakı dəyərlər əsasında sıralama aparılacağı (Values) və sıralamanın Custom List əsasında həyata keçiriləcəyi seçilir.

Custom sorting - 6

OK kliklədikdən sonra qarşımıza Custom Siyahılar olan tanış pəncərə açılacaqdır. Ordan da müvafiq sıra seçilərək OK kliklənir.

Custom sorting - 7

Görürük ki, şəhər adlarımız öz yerini almış oldu. Yuxarıdakı screenshot-un sadə dilə izahı belədir: Excel Branch sütununda yer alan dəyərlərə (Values) baxaraq, onları müəyyən etdiyimiz ardıcıllıqla (Order) sıralayacaq.

Custom sorting - 8

Budur, siyahımız artıq hazırdır. Bakıdakı satışlar ən üstdə, digər satışlar olan şəhərlər isə önəm dərəcələrinə müvafiq daha alt sıralarda yer almaqdadır.

Excel-dəki standart sıralama imkanlarından fərqli olaraq, bu üsuldan istifadə edərək istənilən ardıcıllıqla Sort etmək mümkündür.

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s