Find and Replace – bütün sheetlərdə eyni anda tap və dəyiş

Excel faylımızda bəzən 3, bəzən isə 30-dan çox sheet olur. Bu, gördüyümüz işin mahiyyətindən və işin həcmindən asılıdır. Bəzən eyni məlumat bir neçə sheet-də (bir çox halda isə bütün sheet-lərdə) eyni anda yer alır. Xatırlayırsınızsa,  SUM 3D – möcüzəvi formul adlı yazımızda fərqli departamentlərin xərclərinin konsolidə edilməsində istifadə olunan xüsusi metoddan bəhs etmişdik. Və hər bir departamentin aşağıdakı xərc kateqoriyalarını ehtiva etdiyini fərz etmişdik.

Find & Replace - 1

Qarşımızda duran problem isə belədir: Əgər yuxarıdakı xərc maddələrindən hər hansı birinin adını dəyişdirmək istəsək, bir-bir bütün departamentlərin sheet-lərinə gedib etmək məcburiyyətindəyikmi?!

Ritorik sual olması baxımından, cavabı əlbəttə ki – Xeyr. Buna ehtiyac yoxdur. Excel-in Find and Replace dialoq qutusu ilə bunu saniyələr ərzində edə bilərik. Bunun üçün Ctrl+H shortcut-ı ilə Find & Replace dialoq qutusu açılır.

Find & Replace - 2

Yuxarıdakı screenshot-da gördüyümüz kimi, Options düyməsi kliklənir. Find & Replace dialoq qutusunun “genişləndiyini” müşahidə ediləcəkdir.

Bundan sonra, dəyişdirmək istədiyimiz mətni (Salaries) yeni mətn ilə (Wages) əvəz edə bilərik. Bunun üçün aşağdakı müvafiq xanalardan istifadə etməliyik.

Find & Replace - 3

Bir-birini əvəz edəcək sözlər seçilib lazımi yerlərə yazıldıqdan sonra, ən vacib hissəni də seçməli olacağıq. Belə ki, Within yazılan yerdə default olaraq Sheet seçənəyi gəlir və o seçənək Sheet olaraq qalsa, dəyişiklik yalnız aktiv olan sheet-də həyata keçiriləcəkdir. Dəyişikliyin bütün faylda əks olunmasını istəyiriksə, Sheet >> Workbook olaraq dəyişdirilməlidir. Yalnız bundan sonra Replace All klikləyərək faylda olan bütün sheet-lərdəki Salaries sözlərinin Wages sözü ilə əvəz edildiyini görəcəyik.

Bu qaydada fərqli yerlərdə olan istənilən məlumatı eyni anda dəyişdirmək imkanına sahib olacağıq.

Bu dəyişikliyi edərkən, onun formatının necə olmasını da müəyyən edə bilərik. Bunun üçün Format düyməsinə klikləmək kifayət edəcəkdir.

Find & Replace - 4

Qarşımıza Ctrl+1 shortcut-ı ilə açdığımız və yaxından tanış olduğumuz formatlama dialoq qutusu çıxacaqdır. Arzu edilən formatlama verildikdən sonra Replace All edilərək, mətnin yeni formatda dəyişdirilməsi yekunlaşmış olacaqdır.

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s