Pilləli dropdown siyahılar (Multi-dropdown lists)

İstənilən xanaya hər hansı bir siyahını əlavə etmək üçün Data Validation-dan istifadə edir və Excel-də bu cür siyahıları dropdown list adlandırırıq. (Daha ətraflı – Dropdown lists – xanaya siyahının əlavə edilməsi). Bu vasitə tək bir xanaya siyahı əlavə edildiyi zaman əvəzsiz rol oynayır. Bəs bir-birindən asılı dropdown list hazırlamaq istəsək nə etməli? Supermarket olaraq aşağıdakı məhsul kateqoriyaları üzrə portfelimiz olmuş olsun: geyim, elektronik əşyaev heyvanları.

Multi dropdown lists - 1

Continue reading

Ən böyük artışın tək bir formulla müəyyən edilməsi

Hesab edək ki, filiallarımızın ilin ilk 2 kvartalında həyata keçirdiyi satışları analiz etməliyik və qarşımızda duran məqsəd – birinci kvartala nisbətdə 2-ci kvartaldakı ən böyük artışı müəyyən etməkdir. Yəni, hansı filial 2-ci kvartalda digər filiallara nisbətdə ən böyük artışı etmişdir. Məqsədimiz bu, filiallarımız isə aşağıdakı kimidir.

Highest increase - 1

Continue reading

Advanced Filter vasitəsilə unikal siyahının əldə edilməsi

Böyük məlumat bazasından unikal siyahının əldə edilməsi haqqında daha öncəki mövzularda müzakirə aparmışdıq. (Daha ətraflı – Remove Duplicates – Məlumat bazasından unikal siyahının əldə edilməsi ). Bu dəfəki yazımızda bunun daha rahat yolu olan Advanced Filter vasitəsilə həyata keçirəcəyik. Advanced Filter Data >> Sort&Filter >> Advanced adresində yerləşir və vizual olaraq görüntüsü belədir:

Advanced Filter - 1

Continue reading

NETWORKDAYS funksiyası – 2 tarix arasındakı iş günlərinin sayı

HR və ya əmək haqqı üzrə muhasib sahəsində çalışırsınızsa, hər ayın sonunda işçilərə əmək haqqı hesablayarkən həmin aya aid iş günlərinin sayını bilməniz gərəkməkdədir. Bütün muhasibatlıq proqramları bunu avtomatik hesablayır, lakin eyni əməliyyatı Excel-də biz özümüz də həyata keçirə bilərik. Bunun üçün NETWORKDAYS funksiyasından istifadə edəcəyik.

Hesab edək ki, aşağıdakı bu 2 tarix arasındakı iş günlərinin sayını bilmək istəyirik.

NETWORKDAYS - 1

Continue reading

WORKDAY funksiyası

Fərz edək ki, hər hansı bir layihənin başlanğıc tarixini və layihənin müddətini bilir, lakin layihənin dəqiq bitəcəyi tarixi hesablamaq istəyirik. Layihənin müddəti bir çox halda iş gününə əsasən hesablandığı üçün, adi qaydada “başlanğıc tarixi + gün sayı = bitiş tarixi” olaraq hesablaya bilməyəcəyik, çünki şənbə və bazar günlərinin aradan çıxarılması lazımdır.

Və yaxud gün əsası işləyən işçilərə son ödəmə tarixinin müəyyən edilməsi zamanı da eyni problemlər qarşılaşılacaqdır. Bütün bu çətinliklərin öhdəsindən gəlmədə WORKDAY funksiyası əvəzsiz rol oynamaqdadır. Etməli olduğumuz isə çox bəsitdir.

22 yanvar 2015-ci il tarixdə başlayan və 34 gün davam edəcək olan layihəmiz varsa, layihənin bitiş tarixini aşağıdakı kimi hesablaya bilərik.

Continue reading

Excel-də siyahıları istəyə uyğun ardıcıllıqla sıralamaq

Excel-də custom siyahıların hazırlanması mövzusunu müzakirə edərkən (Daha ətraflı – Excel-də custom siyahıların hazırlanması), şirkətimizə aid rayon filiallarının siyahısını tərtib etmişdik. Qarşımızda duran sonrakı problem, bu filiallar olan məlumat bazasının istədiyimiz ardıcıllıqla sıralanmasıdır. Bunu necə etməli? Excel-dəki standart ardıcıllıq ya əlifba sırasına görə, ya da dəyərlərin böyüklüyünə görə edilir. Biz isə bunu öz arzuladığımız ardıcıllıqla edəcəyik.

Bəhsini etdiyimiz sıralamanın ikonası aşağıdakı kimidir.

Custom sorting - 1

Continue reading

Excel-də custom siyahıların hazırlanması

Excel-də siyahı dediyimizdə, əvvəlcədən müəyyənləşdirilmiş, müəyyən məntiqi sırası olan siyahılar nəzərdə tutulur. Məsələn, ayların ardıcıllığı (yanvar, fevral, mart və s.). Və yaxud həftənin günləri. Və ya işimizə uyğun olan digər hər hansı bir ardıcıllıq. Bu siyahılar öncədən tərtib edildiyi üçün, onlardan istifadə etdiyimiz zaman, onları bir-bir yazmağa ehtiyac olmur. Misal üzərindən davam edək.

Fərz edək ki, aylar üzrə yarımillik hesabat hazırlayırıq və sütunlara ayların adlarını daxil etməliyik.

Custom Lists - 1

Bunun üçün, əlbəttə, hər bir ayı bir-bir daxil edə bilərik, lakin bunu avtomatlaşdırmanın bir yolu var.

Continue reading