Müxtəlif ROUND funksiyaları

Yuvarlaqlaşdırma mövzusunu ROUND funksiyası yazımızda müzakirə etmişdik. Bu yazıda isə mövzunu bir az daha irəli götürüb, ROUNDUPROUNDDOWN funksiyalarından bəhs edəcəyik. Ədədimiz və yuvarlaqlaşdırmaq istədiyimiz dərəcə əvvəlki mövzudakı ilə eyni olduğunu fərz edəcəyik.

ROUND functions - 1

ROUND funksiyası adi yuvarlaqlaşdırma qaydalarına əsasən işləyirsə, digər 2 funksiya bir qədər fərqli məntiqlə çalışır. Belə ki, ROUNDUP funksiyası, adından da görüldüyü kimi, ədədi hər zaman yuxarıya, ROUNDDOWN funksiyası isə, hər zaman aşağıya doğru yuvarlaqlaşdırır. Yuxarı və aşağı anlayışları mövcud məntiqi tam izah etməyə bilər, lakin misalla mövzu daha yaxşı anlaşılacaqdır.

Yuxarıdakı ədəd və dərəcədən istifadə edərək, hər 3 funksiyanın verdiyi nəticələri müqayisə edək.

2,3815648 ədədini 2, yəni yüzlük dərəcəsində yuvarlaqlaşdırsaq (ROUND funksiyası ilə), adi riyaziyyat qaydalarına əsasən, nəticə 2,38 olacaqdır. Lakin digər 2 funksiyanın nəticələrinə göz ataq.

ROUND functions - 2

ROUNDUP funksiyası 2,39 nəticəsini verdi. Bu, birbaşa funksiyanın mahiyyəti ilə əlaqəlidir. Belə ki, yüzlük dərəcəsindən sonra gələn rəqəm 0-dan böyük olduğu üçün, ROUNDUP funksiyası 8 rəqəmini 9-a çevirdi.

Bir başqa deyişlə, 2,381 ədədini ROUNDUP funksiyası ilə yüzlük dərəcəsinə yuvarlaqlaşdırmaq istəsək, Excel yüzlük dərəcəsində olan rəqəmdən (8) sonrakı rəqəmə baxacaq. Əgər yüzlük dərəcəsindən sonrakı rəqəm 0 deyilsə, o zaman yüzlük dərəcəsindəki rəqəmi 1 artıracaqdıq. Yəni, ROUNDUP üçün yüzlük dərəcəsindən sonrakı rəqəmin 5 və ya ondan daha böyük olması gərəkmir. Sıfırdan böyükdürsə, o zaman yüzlükdəki rəqəmi artıracaqdır.

Eyni məntiq, lakin əks istiqamətdə isə ROUNDDOWN “fəaliyyət göstərir”. Bu dəfə minlik dərəcəsindəki mövcud rəqəmi (1) 5-dən böyük hər hansı bir digər rəqəm ilə (7) əvəz edək və nəticənin necə dəyişdiyinə baxaq.

ROUND functions - 3

Yuxarıda izah etdiyimiz məntiqlə yola çıxarsaq, normal yuvarlaqlaşdırma 2,39 olmalı olduğu halda ROUNDDOWN funksiyası 2,38 nəticəsini verdi.

Çox xüsusi və və spesifik hallar istisna olmaqla, ROUND funksiyası bütün ehtiyaclara cavab verir, lakin bu 2 köməkçi funksiyanın bilinməsi də faydalı olacaqdır.

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s