Double-click ilə genişlənən imkanlar

Excel-də işləyərkən adi prosedurları daha da sürətli etmənin yollarını araşdırmaq lazımdır. Bunun üçün shortcut-lar olduğu kimi, digər başqa üsullar da mövcuddur. Bu üsulların mənimsənilməsi sürətimizi və effektivliyimizi çox artıracaqdır. Bu günkü yazıda mouse ilə double-click vasitəsilə əldə etdiyimiz imkanları müzakirə edəcəyik.

1. Sütun genişliklərinin sazlanması

Bəzən digər fayllardan kopyaladığımız cədvəllər sütun genişliyi olaraq istədiyimiz kimi olmur, yəni öz sütununa yerləşmir. Belə bir halla qarşılaşdığımız zaman, hər bir sütunu bir-bir genişləndirmək yerinə, bütün sütunları seçib, onları ayıran xəttin üzərində double-click edərək problemi bir dəfəyə həll edə bilərik.

Double-click - 1

2. Menunun yığılması

Menu və onun altında yerləşən komponentləri ekranda müəyyən yer tutduğu üçün, bəzi geniş cədvəllərin tam görünməsinin qarşısını alır. Problemi həll etmək üçün Menunu “qısaltmaq” lazım gəlir. Bunu Ctrl+F1 shortcut-ı ilə edə biləcəyimiz kimi, hər hansı bir Menu başlığının üzərində double-click edərək də nail ola bilərik.

Double-click - 2

3. Cədvəldəki ən birinci/sonuncu/soldakı/sağdakı xanaya getmək

Yuxarıda şəhərlər və ölkələr olan cədvələ nəzər yetirək. Mouse cursorunu bu cədvəlin istənilən yerinə gətirək. Cursorun sağ/sol/yuxarı/aşağı kənarı üzərində double-click edərək, o istiqamətdəki ən son xanaya getmiş oluruq.

Double-click - 3

4. Sətirlərin avtomatik doldurulması

Aşağıdakı kimi müəyyən sifarişlər etmək və bu sifarişlərin ümumi xərcini müəyyənləşdirmək istədiyimizi fərz edək. Ümumi ədəd sayı ədədin qiyməti ilə vurulmalıdır. Bir xanaya bu formulu yazıb, digər bütün xanalara kopyalayıb yapışdırsaq, məsələni həll edəcək, lakin daha praktik yolu double-click-dir.

Untitled

Gördüyümüz kimi, bunu həm drag-drop vasitəsilə, həm də double-click ilə etmək mümkündür.

5. Format Painter

Format painter haqqındakı yazıda bu mövzuya toxunmuşduq. Hər hansı bir xananı digər bir xanaya uyğun formatlamaq istədiyimizdə, formatının kopyalanmasını istədiyimiz xananın üzərinə gəlib, Home menusundan Format Painter kliklənir və formatlamaq istədiyimiz xananın üzərində kliklənilir. Format Painter 1 dəfə klikləndiyi zaman, formatlama yalnız 1 xanaya aid olur, lakin double-click edərsək, bu zaman, istənilən qədər xananı formatlaya bilərik.

Untitled-2

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s