Pivot Table və Refresh problemi

Bildiyimiz kimi, Pivot table (Pivot cədvəl) çox böyük informasiya bazasını müəyyən məna ifadə edən cədvəllərə dönüşdürməyə yardım edir. Əlimizdə minlərlə sətri olan satış məlumatları varsa, bunları Pivot cədvəl vasitəsilə bir neçə saniyə içində tarixə, məkana, məhsula, satış nümayəndəsinə görə qruplaşdıra bilərik. Pivot cədvəl mövzusuna çox qısa da olsa Pivot Table və Slicer Filter adlı yazıda toxunmuşduq.

Pivot cədvəlin çox əhəmiyyətli üstünlükləri olmasına baxmayaraq, çox xırda, lakin çox ciddi bir mənfi tərəfi də var. Pivot cədvəl hazırlandıqdan sonra məlumat bazasında edilən heç bir dəyişiklik avtomatik qaydada Pivot cədvəldə əks olunmur və hər dəyişiklik sonrası Pivot cədvəl manual olaraq refresh edilməli olur.

Bu yazıda bəhsi keçən problemi qismən də olsa aradan qaldırmanın yolunu analiz edəcəyik.

Pivot cədvəli manual olaraq Refresh etmək

Hər hansı bir Pivot cədvəli manual olaraq refresh etmək üçün ya üzərinə gəlib, mouse ilə sağ klikləyib Refresh seçilməli, ya da Pivot cədvəl üzərinə klikləyib menudan ANALYZE >> Refresh edilməlidir.

 Pivot table and refresh problem - 1

Bu, məsələnin həll yollarından ilki və ən sadəsidir.

Pivot cədvəli qismən avtomatlaşdırmaq 

“Qismən avtomatlaşdırma” adlandırıram, çünki bir az sonra görəcəyimiz kimi, bu yol problemi yalnız müəyyən ölçüdə həll edir.

Pivot cədvəlin hər hansı bir xanasına mouse ilə sağ klikləyib Pivot Table Options seçirik.

Pivot table and refresh problem - 2

Qarşımıza çıxan dialoq qutusunda Data bölməsinə gedib Refresh data when opening the file check edilməli və OK kliklənməlidir.

Pivot table and refresh problem - 3

Beləliklə, faylımızı hər açdığımızda, Pivot cədvəlimiz avtomatik yenilənmiş olacaqdır. Məsələni tam olaraq həll etməsə də, ilk variantımızla müqayisədə böyük üstünlük verir.

Problemin kökündən həlli isə, yalnız proqramlaşdırma ilə, yəni Visual Basic ilə mümkündür.

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s