Format Painter – formatın kopyalanması

Excel-in Home menusunda ən solda Format Painter adlı bir icon var.

Format painter - 1

Bunun nə olduğu və işləri necə asanlaşdırdığı haqda bir çox insanın məlumatı yoxdur.

Daha əvvəlki yazılarda istifadə etdiyimiz bir misal ilə məsələnin əhəmiyyətini izah etməyə çalışacağam. Kompüter və komponentləri satışı ilə məşğul olan bir şirkətin satışlarını ən sadə formada çox güman ki, aşağıdakı kimi aparacağıq.

Format painter - 2

Bura qədər hər şey qaydasındadır. Lakin, satışlar artdıqca bu cədvələ yeni sətirlər də əlavə edilməli olacaq. Belə olan halda, əlavə edəcəyimiz hər yeni sətir yuxarıdakı formatda yox, Excel-in öz standart formatında olacaq. Yeni sətir əlavə etsək, aşağıdakı kimi bir görüntü ilə qarşı qarşıya qalacağıq.

Format painter - 3

Görürük ki, daxil etdiyimiz yeni məlumatlar daha öncə müəyyən etdiyimiz formatda deyil, olmasını da gözləmirik, çünki Excel-in özünün məlumat daxil edildiyi zaman standart formatı var.

Yeni sətiri digər məlumatlardakı formata gətirmək üçün hər bir xanaya gedib müvafiq düzəlişləri verməyə ehtiyac yoxdur. Format Painter məhz burda istifadə ediləcəkdir. Bunun üçün çox bəsit 3 addım var:

  1. Formatını almaq istədiyimiz xana(lar) seçilir
  2. Format painter düyməsi kliklənir
  3. Formatlanmaq istənən xanalara tətbiq edilir.

Format painter - 1

Format Painter ilə tək bir xana/sətir/sütun formatlana biləcəyi kimi, bir neçə xana/sətir/sütun eyni anda formatlana bilər.

Burda xırda, lakin hədsiz faydalı başqa bir nyuansı da qeyd etmək istəyirəm. Format Painter yuxarıdakı görüntüdəki kimi 1 dəfə klikləndiyi zaman sadəcə 1 əməliyyat üçün qüvvədə olur, daha sonra effekti itir. Biz eyni formatlamanı fərqli-fəqrli xanalar üçün tətbiq etmək istəyiriksə Format Painter-i double-click etməliyik. Belə olan halda, istənilən qədər fərqli xana/sətir/sütun formatlana bilər. Fərqi aşağıdakı görüntülərdən görmək olar.

Format Painter 1 dəfə klikləndiyi zaman ilk formatlanmış xanadan sonra effektini itirir.

Untitled

Lakin double-click etdiyimiz zaman, istənilən qədər fərqli xanaya tətbiq edilə bilər.

Untitled-2

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s