Excel-də istənilən yazını, cədvəli və diaqramı şəkil olaraq yapışdırmaq

Excel-dəki ən gözəl, ən asan və ən az bilinən xüsusiyyətlərdən biri, Excel sheet-i üzərində olan istənilən məlumatı kopyalayıb, şəkil olaraq başqa bir səhifəyə, fayla kopyalamaq imkanıdır. Şirkətimizin aşağıdakı kimi 6 aylıq satış rəqəmləri olsun.

Paste as picture - 1

Biz bu cədvəli yekun hesabatımıza daxil etmək istəyirik, lakin bunu etmək üçün cədvəli kopyalamalıyıq, belə olan halda cədvəldəki bütün linkləri yoxlamaq məcburiyyətində olacağıq. Bütün bu əziyyətlərin yerinə, cədvəlimizi şəkil olaraq kopyalayıb yapışdırmaq daha məntiqli səslənə bilər.

Bunun üçün aşağıdakı addımları atmağımız kifayət edəcəkdir:

  1. Yekun hesabatımızda cədvəlimizin görünməsini istədiyimiz hissəsini seçirik. Bu misalda, cədvəli bütövlükdə seçəcəyik.
  2. Ctrl+C ilə cədvəli kopyalayırıq.
  3. Yapışdırmaq istədiyimiz xanaya/səhifəyə gəlib Home >> Clipboard >> Paste >> Picture seçərək yapışdırırıq.
    Paste as picture - 2

Artıq, cədvəlimiz şəkil formatını almış oldu.

Paste as picture - 3

Bu şəkli istənilən hesabatımıza əlavə edə bilərik. Bu cür kopyalamanın mənfi tərəfi odur ki, əgər əsas cədvəldə hər hansı bir dəyişiklik olsa, şəklimiz avtomatik yenilənməyəcək. O səbəblə, ən gözəl addım həm şəkli, həm də linkləri kopyalamaq olacaqdır. Aşağıdakı görüntüdə bütün addımlar əks olunub.

capture-1

Görürük ki, əsas cədvəldə edilən istənilən dəyişiklik şəkil olaraq olaraq yapışdırdığımız cədvəldə ani olaraq öz əksini tapır. Xüsusilə dashboard hesabatları hazırlayan professionallar bu vasitədən sıxlıqla istifadə etməyə meyllidir, çünki bu, onlara müəyyən ölçüdə elastiklik verir. İnteraktiv hesabatlar hazırlandığı zaman, fərqli-fərqli diaqram və cədvəllərin təqdimatı zamanı Paste as Linked Picture böyük imkanlar yaradır.

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s