Müxtəlif ROUND funksiyaları

Yuvarlaqlaşdırma mövzusunu ROUND funksiyası yazımızda müzakirə etmişdik. Bu yazıda isə mövzunu bir az daha irəli götürüb, ROUNDUPROUNDDOWN funksiyalarından bəhs edəcəyik. Ədədimiz və yuvarlaqlaşdırmaq istədiyimiz dərəcə əvvəlki mövzudakı ilə eyni olduğunu fərz edəcəyik.

ROUND functions - 1

Continue reading

Advertisements

Double-click ilə genişlənən imkanlar

Excel-də işləyərkən adi prosedurları daha da sürətli etmənin yollarını araşdırmaq lazımdır. Bunun üçün shortcut-lar olduğu kimi, digər başqa üsullar da mövcuddur. Bu üsulların mənimsənilməsi sürətimizi və effektivliyimizi çox artıracaqdır. Bu günkü yazıda mouse ilə double-click vasitəsilə əldə etdiyimiz imkanları müzakirə edəcəyik.

Continue reading

Pivot Table və Refresh problemi

Bildiyimiz kimi, Pivot table (Pivot cədvəl) çox böyük informasiya bazasını müəyyən məna ifadə edən cədvəllərə dönüşdürməyə yardım edir. Əlimizdə minlərlə sətri olan satış məlumatları varsa, bunları Pivot cədvəl vasitəsilə bir neçə saniyə içində tarixə, məkana, məhsula, satış nümayəndəsinə görə qruplaşdıra bilərik. Pivot cədvəl mövzusuna çox qısa da olsa Pivot Table və Slicer Filter adlı yazıda toxunmuşduq.

Pivot cədvəlin çox əhəmiyyətli üstünlükləri olmasına baxmayaraq, çox xırda, lakin çox ciddi bir mənfi tərəfi də var. Pivot cədvəl hazırlandıqdan sonra məlumat bazasında edilən heç bir dəyişiklik avtomatik qaydada Pivot cədvəldə əks olunmur və hər dəyişiklik sonrası Pivot cədvəl manual olaraq refresh edilməli olur.

Bu yazıda bəhsi keçən problemi qismən də olsa aradan qaldırmanın yolunu analiz edəcəyik.

Continue reading

Orijinal diaqramlar qalereyası

Hər kəsə salamlar!

Diaqramlar mövzusuna başlamışkən, sizinlə çox gözəl və çox orijinal formada hazırlanmış onlarla diaqram olan qalereyaya olan linki bölüşmək istəyirəm.

https://sites.google.com/site/e90e50charts/

Bu diaqramların ən gözəl xüsusiyyəti odur ki, onları öz istəyiniz və ehtiyacınıza uyğun dəyişə və işinizə uyğunlaşdıra bilərsiniz.

Continue reading

Diaqramdakı ən yüksək dəyərin avtomatik fərqləndirilməsi

Hesab edək ki, şirkətimiz aşağıdakı maliyyələşmə növlərini seçmiş və bunu diaqram olaraq vizuallaşdırmışdır.

Highlight the MAX value - 1

Diaqram yaxşı görünür, lakin verdiyi mesajı daha da effektli etmək üçün ən yüksək dəyər olan sütunun hər zaman fərqli rəngdə təqdim edilməsini istəyirik. Bunu etmək üçün, əlbəttə həmin sütunun üzərinə klikləyib rəngini manual olaraq dəyişə bilərik. Amma bu, çıxış yolu deyil. Biz eyni problemi avtomatik həll etməyə çalışacağıq ki, soldakı cədvəldə edəcəyimiz hər bir dəyişiklik sağdakı diaqramda anında əks edilsin.

Continue reading

Diaqram və qrafikləri formatlama qaydaları

Powerpoint və Excel-də hesabatlarımızı təqdim edərkən əksər hallarda diaqram və qrafiklərdən istifadə edirik. Məlumatın vizuallaşdırılması onun çox daha anlaşıqlı olmasına gətirib çıxarır, lakin qarşılaşdığım əksər diaqramlar faydalı məlumat daşımasına baxmayaraq, vizual olaraq düzgün təqdim edilmir, lazımsız bir çox nyuansla birgə görüntülənir. Halbuki, istənilən hesabat çox sadə olmalıdır. Biznes mühitində çalışanlar aşağıdakı prinsipi hər zaman diqqətdə saxlamalıdır:

As simple as possible

As complex as necessary

Yəni hər bir şey mümkün qədər sadə, lazım olduğu qədər də qəliz olmalıdır.

Continue reading