Excel 2013 ilə gələn 4 yeni funksiya

Excel 2013 özü ilə bərabər bir çox yeni funksiya da gətirdi. Bunların əksəriyyəti əksər insanlar tərəfindən istifadə edilməsə də, içlərindən bəziləri müəyyən vəziyyətlərdə çox faydalı ola bilər. Ən yeni funksiyalardan fikrimcə 4 ən faydalı olanını diqqətinizə çatdırmağa çalışacağam. Əlbəttə ki, bizim üçün faydasız görünən bir funksiya tamam başqa sahədə çalışan biri üçün son dərəcə böyük önəmə sahib ola bilər.

FORMULATEXT

Bu funksiya ilə içində formul olan hər hansı bir xanaya istinad verdiyimiz zaman, istinad olunan xanadakı formulu göstərməyə yarayan bir funksiyadır. Bu funksiya ən çox formulları audit etdiyimiz və formulların düzgün yazılıb yazılmadığını öyrənmək istədiyimiz zaman istifadə edilə bilər.

Excel 2013 - new functions

ISFORMULA

Hər hansı bir xananın daxilində formul olub olmadığını yoxlamağa yarayır. Yəni, bu funksiya içinə hər hansı bir xananı istinad etsək, o xananın içində formul varsa nəticə TRUE, yoxdursa FALSE nəticəsini alacağıq. Yuxarıdakı misalla davam etsək, birinci sətirdəki ISFORMULA funksiyasını D3, ikinci sətirdəki funksiyanı isə C4 xanası ilə test edəcəyik.

Excel 2013 - new functions - 2D

D3 xanasında formul olduğu üçün nəticə TRUE, C4 xanasında formul yox, adi rəqəm olduğu üçün isə, nəticə FALSE oldu.

Maliyyə modelləri zamanı faydalı ola biləcək yardımçı funksiyalardan biridir.

XOR

Excel 2013-ün təqdim etdiyi ən faydalı funksiyalardan biri XOR funksiyasıdır. Funksiyanı izah etmədən öncə ANDOR funksiyalarını xatırlatmaq istərdim. Bildiyimiz kimi, hər 2 funksiya tək başına çox istifadə edilmir, lakin IF funksiyası ilə birgə çox ciddi və əvəzedilməz alətə çevrilir.

AND funksiyası – Bütün şərtlər doğru isə TRUE, şərtlərdən hər hansı biri yanlış isə FALSE nəticəsini verir.

OR funksiyası – Şərtlərdən hər hansı biri doğru isə TRUE, bütün şərtlər yanlış isə FALSE nəticəsini verir.

XOR funksiyası – TRUE nəticəsini verən şərtlərin sayı tək isə TRUE, TRUE nəticəsini verən şərtlərin sayı cüt isə FALSE nəticəsini verir.

Statistika, məntiqi hesablamalar və analiz sahəsində işləyənlər üçün bu funksiyalar çox faydalı olacaqdır.

Bu 3 funksiya ilə bağlı ayrıca bir yazı olacaqdır.

ARABIC

Nadir olaraq istifadə edilə biləcəyinə baxmayaraq yeni funksiyalar arasında ən maraqlılardan biridir. Rum rəqəmini normal ərəb rəqəmlərinə çevirməyə yarayır. Bildiyimiz kimi, dünyanın əksər ölkələrinin istifadə etdiyi rəqəmlər – 12345467890 -məhz ərəb mənşəlidir.

İstifadəsinin çox sadə olması baxımından diqqətinizə yalnız screenshot-u gətirirəm.

Excel 2013 - new functions - 3

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s