Form Controls – Option Box

Form Controls haqqında daha əvvəlki yazılarda məlumat vermiş, onun ilk “nümayəndəsi” olan Combo Box mövzusunu ətraflı şəkildə müzakirə etmişdik. Bu dəfəki yazıda isə, Form Controls “ailəsinin” ikinci üzvü olan Option Box haqqında danışacağam. Vizual olaraq nə işə yaradığını və hansı hallarda istifadəsinin uyğun olduğunu daha yaxşı anlamaq üçün aşağıdakı screenshot-a nəzər yetirin. Ödəniş üçün net məbləği bildiyimizi, ümumi gross məbləği isə vergi ödəyicisi növündən asılı olaraq hesablamaq istədiyimizi fərz edək.

Option Box - 1

Sağ tərəfdəki qutudan vergi növünü seçməklə sol tərəfdə müvafiq hesablamanı avtomatik həyata keçirmiş olacağıq.

Bunu etmək üçün ilk öncə yumru işarələr olan qutuları gətirməliyik. Bunun üçün menudan Developer >> Insert >> Option Box seçməliyik.

Option Box - 1

Option Box düyməsi seçildikdən sonra isə, Excel səhifəmizdə bu düyməni yerləşdirmək istədiyimiz yerə gəlib ora “çəkməliyik”.

Option Box - 2

Bu formada istədiyimiz qədər Option Box çəkə bilərik. Çəkdikdən sonra üzərinə gəlib, sağ klikləyib, Edit Text seçərək, mətnini də dəyişə bilərik.

Daha sonra etməli olacağımız ilk şey, bu Option Box-ları Exceldəki hər hansı bir xanaya aid etmək olacaq. Combo Box mövzusunda da ifadə etdiyim kimi,

Form Controls vasitələri hər hansı bir xanaya birbaşa daxil edilmir, əksinə sanki Excel sheet-i üzərində yer alır. Məsələn, iş masamızın üstünü Excel sheet kimi təsəvvür etsək, onun üzərinə qoyduğumuz bir kağız parçası Form Control mahiyyətində olacaq, yəni masa ilə birbaşa hər hansı bir əlaqəsi olmayacaq, sadəcə fiziki olaraq onun üstündə yer alacaq.

Cell link vasitəsilə isə, biz masanı kağız ilə əlaqələndiririk. Bunun üçün gələcək hesablamalarda istifadə edə bilmək üçün, hər hansı bir xananı reference olaraq göstərməliyik.

Bunun üçün hər hansı bir Option Box üzərində sağ klikləyib, Format Control seçirik. Daha sonra isə istədiyimiz hər hansı bir xananı reference olaraq göstəririk. Bu, gələcək hesablamalarımızda istifadə ediləcək.

Picture1

Yuxarıdakı screenshot-dan da gördüyümüz kimi, biz Option Box-ların hər birini A3 xanasına “bağlamış” olduq. İndi isə, biz fərqli alternativlər seçdiyimiz zaman A3 xanasının necə dəyişdiyini müşahidə edək.

Option Box - 3

Fikir verdinizsə, sağdakı qutudan vergi növünü hər dəfə dəyişdiyimizdə, eyni anda 2 hadisə baş verir:

  1. A3 xanasında olan ədəd;
  2. C3 xanasında olan vergi məbləği.

Option Box-un sıralamadakı yeri hər zaman A3 xanasında əks olunacaqdır. Bu isə, öz növbəsində C3 xanasındakı vergilərin hesablanması zamanı CHOOSE funksiyası ilə birgə istifadə ediləcəkdir.

CHOOSE funksiyasını xatırlayacaq olsaq, bu funksiyanın fərqli alternativlər olduğu zaman etməli olduğu əməliyyatları həyata keçirdiyini öyrənmişdik. Məsələn, bizim misalımızda, müştərimizin hansı kateqoriya vergi ödəyicisi olduğundan asılı olaraq müvafiq vergilərin avtomatik hesablanması zərurəti vardır. Belə ki;

  • Sadələşdirilmiş vergi ödəyicisi isə – net məbləğin üzərinə 21 AZN Sosial Müdafiə fonduna ayırmalar və 4% vergi məbləği
  • ƏDV ödəyicisi isə – net məbləğin 18%-i
  • Vergidən azaddırsa, o zaman heç bir vergi hesablamamalıyıq.

Bunun üçün  funksiyasına aşağıdakı formulu daxil etməliyik.

Picture2

Sadə dillə desək, CHOOSE funksiyası ilə Excel-ə deyirik ki,

  1. Hər şeydən öncə A3 xanasına bax
  2. Əgər orda 1-dirsə, o zaman (C2+21)/(1-0,04)-C2 əməliyyatının nəticəsini;
  3. 2-dirsə, C2*0,18 əməliyyatının nəticəsini;
  4. 3-dürsə, 0 nəticəsini ver.

Bu qədər sadə. Option Box bir çox hesabatda müvəffəqiyyətlə istifadə oluna biləcək bir vasitədir. Vizuallıq olaraq böyük tövhə verməsindən əlavə, istifadəçi üçün fərqli alternativlər zaman yekun nəticənin necə dəyişdiyi barədə də effektiv bir şəkildə məlumat təqdim edir.

Hesablamarın olduğu faylı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – Option Box

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s