COUNT funksiyaları

COUNT funksiyaları müəyyən dəyərləri saymağa kömək edən funksiyalardır. Amma əfsuslar olsun ki, tək bir funksiya ilə həm rəqəmləri, həm mətnləri, həm də boşluqları saymaq mümkün deyil. Bunun üçün Excel 3 fərqli COUNT funksiyası təqdim edir. Bu günkü yazımızda COUNT, COUNTACOUNTBLANK funksiyalarına toxunacaq, COUNTIFCOUNTIFS haqqında təkrar xarakterli qısa məlumat verməyə çalışacağam.

Əvvəla, gəlin COUNT kateqoriyası altında yer alan funksiyalara baxaq.

COUNT functions - 1

Gördüyümüz kimi, bu funksiyalardan 5 ədəddir.

  1. COUNT – Seçilən aralıqdakı ədədlərin sayını verir.
  2. COUNTA – Seçilən aralıqdakı boş olmayan xanaların sayını verir.
  3. COUNTBLANK – Seçilən aralıqdakı boş xanaların sayını verir.
  4. COUNTIF – Müəyyən tək bir kriteriyaya uyğun gələn dəyərlərin sayını verir.
  5. COUNTIFSBir neçə kriteriyaya uyğun gələn dəyərlərin sayını verir.

Gəlin, tək bir misal üzərində bütün bu funksiyaların necə işlədiyinə baxaq. Aşağıdakı kimi, bir-birindən fərqli dəyərlər olan siyahımız olduğunu fərz edək.

COUNT functions - 2

Biz bu siyahıdakı rəqəmlərin (COUNT), boş xanaların (COUNTBLANK) və boş olmayan xanaların (COUNTA) sayını bilmək istəyirik. Tək etməli olduğumuz, bu siyahını adıçəkilən funksiyaların içinə daxil etməkdir.

COUNT funksiyasının misalına baxaq. Diqqət etdinizsə, siyahının 2-ci sətirində tarix formatlı bir dəyər var. Daha öncəki WEEKDAY funksiyası yazısında da qeyd etdiyim kimi, hər bir tarixə qarşılıq gələn bir ədəd mövcuddur. Excel platformundakı ilk tarix 01.01.1900-cu ildir və ona qarşılıq gələn ədəd 1-dir. 02.01.1900-cu il tarixinin ekvivalenti 2-dir və s. Məhz bu səbəbdən, COUNT funksiyası tarix formatlı xanaları da sayacaq, çünki tarix formatlı xanalar əslində tarix yox, hər biri müstəqil bir ədəddir.

COUNT functions - 3

Digər 2 funksiya da eyni şəkildə yazılır. Gəlin, COUNTBLANK misalına da baxaq.

COUNT functions - 4

İşləmə mexanizminin nə qədər sadə olduğunu özünüz görürsünüz.

İndi isə bir az fərqli funksiya olan COUNTIF funksiyasına nəzər yetirək. Yazının əvvəlində də qeyd etdiyim kimi, COUNTIF funksiyası ümumi siyahıdakı müəyyən kriteriyaya cavab verən dəyərlərin sayını müəyyən edir.

 COUNT functions - 5

Yuxarıdakı siyahıda “peace” (sülh) sözünün neçə dəfə keçdiyini bilmək istəyirəmsə, aşağıdakı kimi bir formuldan istifadə etməliyəm.

COUNT functions - 6

COUNTIF funksiyası 2 komponentdən ibarətdir:

  1. Siyahı olan ümumi aralıq
  2. Kriteriya

Siyahı olan aralıq komponenti, düşünürəm ki, çox sadədir, o səbəbdən əlavə açıqlamaya ehtiyac duymuram. Digər tərəfdən, kriteriya hissəsi də çox anlaşıqlıdır, lakin xırda bəzi nyuansları var.

Screenshot-dan da gördüyümüz kimi, peace sözü dırnaq arasında yazılıb. Bunun səbəbi odur ki, Excel formulları daxilinə hər hansı bir mətn xarakterli yazı əlavə etmək istəsək, həmin yazını dırnaq arasına almalıyıq ki, Excel bunun mətn formatında olduğunu anlasın. Əks təqdirdə, dırnaq işarəsiz formul xəta mesajı verəcək. (Excel-də xəta mesajları haqqında yazı ilə tanış olmanızı tövsiyyə edərdim.)

İkinci bir nyuans isə ondan ibarətdir ki, profesionallıq və funksionallıq baxımından formulların daxilinə bu cür quru dəyərlər əvəzinə digər xanalara reference vermək çox daha doğrudur. Yəni, əllə “peace” yazmaq əvəzinə, peace sözü olan xanaya reference vermək daha doğrudur. Aşağıdakı misala baxaq.

COUNT functions - 7

Daha əvvəl yazdığımız formul ilə indiki arasında tək bir fərq var. Əvvəl “peace” sözünü əllə daxil etdiyimiz halda, bu dəfə peace sözü olan xanaya istinad verdik. Bütün formulları bu məntiqlə yazmaq ona görə faydalıdır ki, zaman keçdikcə kriteriyamızı dəyişmək istəsək, bir-bir bütün formullara girib əllə hər birini dəyişdirmək məcburiyyətində qalacağıq. Bunun əvəzinə, hər hansı bir xanaya reference verildiyi zaman, həmin tək o xananı dəyişdirməyimiz kifayət edəcəkdir. Çünki o xana olan bütün formullar avtomatik olaraq yenilənəcəkdir.

COUNT funksiyalarında sonuncusu isə COUNTIFS funksiyasıdır. Adından da anlaşıldığı kimi, bu funksiya COUNTIF funksiyasının davamı mahiyyətindədir. Belə ki, COUNTIF funksiyası tək bir kriteriyaya bağlıdırsa, COUNTIFS funksiyası birdən çox kriteriyanı yoxlamağa yardım edir. Mövzu ilə daha ətraflı SUMIFS and COUNTIFS funksiyaları mövzusundan tanış ola bilərsiniz.

Hazır formullar olan faylı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – COUNT functions

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s