RANK funksiyası – kiçikdən böyüyə, böyükdən kiçiyə doğru sıralama

100 metr məsafəli qaçış nəticələrinə əsasən yekun sıralamanı müəyyən etmək istədiyimizi fərz edək. Nəticələr isə aşağıdakı kimidir.

RANK function - 1

Elə bir formul yazmalıyıq ki, hər bir atletin sıralamada neçənci olduğunu göstərsin.

Bunun üçün RANK funksiyasından istifadə edəcəyik. Formul isə belə olacaqdır.

RANK function - 2

Gördüyümüz kimi, formul 3 hissədən ibarətdir. Texniki açıqlamaya keçmədən öncə, çox sadə dillə formulu belə izah edə bilərik. Cəmi 3 komponentimiz olacaq.

  1. Yoxlamaq istədiyimiz dəyər
  2. Bütün nəticələr olan aralıq
  3. Azdan çoxa, yoxsa çoxdan aza sıralama

Yuxarıdakı misalda Asafa Powell-ın dərəcəsi 9,72 saniyədir. RANK funksiyası bu nəticəni ümumi aralıqdakı bütün nəticələr ilə müqayisə edib, ümumi sıralamada neçənci olduğunu müəyyən edir. Gəlin funksiyanın hər 3 komponentinə baxaq.

Number: Yoxlanılmasını istədiyimiz dəyər – hər bir atletin qaçış nəticəsi

Ref: Bütün nəticələr olan aralıq – C3:C12 aralığı

[Order]: Sıralamanın növü – 0 (sıfır) seçilsə ən kiçik nəticə sıralamada sonuncu, 1 (bir) seçilsə ən kiçik nəticə sıralamada 1-ci olacaq. Bu misalda, ən kiçik nəticə ən yaxşı nəticə sayıldığı üçün 1 seçməliyik.

Cədvəlin yekun halı isə belə olacaqdır.

RANK function - 3

Formulları araşdırmanız üçün əlavədəki faylı endirə bilərsiniz. C3:C12 aralığının ətrafında $ işarələrindən istifadə edildiyini görəcəksiniz. Nə olduqları haqqında heç bir məlumatınız yoxdursa, Formullardakı məşhur $ işarələri mövzusunu oxumanızı tövsiyyə edərdim.

Kiçikdən böyüyə doğru sıralamadan əlavə, böyükdən kiçiyə doğru sıralama da faylda öz əksini tapıb. Müqayisə edərək, 0 və 1 seçdiyimiz zaman aradakı fərqlərin nəticələrə necə təsir etdiyini daha aydın şəkildə görmə şansınız olacaq.

Uğurlar!

Faylı endir – RANK function

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s