WEEKDAY funksiyası

Hər hansı bir tarixin həftənin neçənci gününə təsadüf etdiyini WEEKDAY funksiyası ilə anında öyrənə bilərik. Bunun üçün WEEKDAY funksiyasının daxilinə həmin tarixi əlavə edib, kiçik bir nyuansı da əlavə etməliyik.

Mövzuya başlamadan öncə qeyd etmək istərdim ki, Excel-də təqvim 01.01.1900 il tarixdən başlayır. Yəni, hər hansı bir səbəblə daha əvvəlki tarixə aid hər hansı bir hesablama aparmaq istəsək, Excel o tarixi tanımayacaq. Bundan əlavə, hər bir tarixin ardıcıl məntiqlə seriya nömrəsi mövcuddur. Təbii olaraq, 01.01.1900-cu il tarixinin seriya nömrəsi 1-dir. Günlər keçdikcə seriya nömrələri də ardıcıl qaydada artır. Bunun səbəbi, tarixlərin SUMIFS və COUNTIFS funksiyaları kimi funksiyalarda rahatlıqla istifadə edilə bilməsi üçündür.

Maraq üçün, gəlin həmin tarixin həftənin neçənci gününə düşdüyünə baxaq. Öncə formulu yazıb, daha sonra izahını verəcəyəm.

WEEKDAY function - 1

Formul bizə 01.01.1900-cu il tarixin həftənin bazar gününə düşdüyünü göstərir. Formulun düzgün işlədiyindən əmin olmaq üçün 01.01.1900 tarixindən 08.01.1900 tarixinə qədər olan günləri müqayisəli şəkildə analiz edək.

WEEKDAY function - 2

Gördüyümüz kimi, formul düzgün işləyir, tarix irəlilədikcə, həftənin günləri də müvafiq olaraq dəyişir. İndi isə, gəlin formulun komponentlərinə baxaq.

İlk screenshot-dan da gördüyümüz kimi, formul aşağıdakı kimi yazılır.

=WEEKDAY(tarix_olan_xana;2)

Bəs, bu 2 rəqəmi nə ifadə edir?

Formulu yazarkən, tarix olan xananı qeyd etdikdən sonra, funksiyanın ikinci komponenti ilə qarşılaşırıq (return_type).

WEEKDAY function - 3

Excel bizdən həftəmizin hansı gün ilə başlanmasını istədiyimiz soruşur. Bizim normal həftəmiz Bazar Ertəsi (1) ilə başlayıb, Bazar günü (7) ilə bitdiyi üçün, 2 rəqəmini seçirik. Əgər heç bir rəqəm seçməsək, Excel avtomatik 1 rəqəmi kimi nəzərə alacaq, yəni həftənin başlanğıcını Sunday olaraq götürəcəkdir.

İstənilən tarixin (gələcək də daxil) həftənin hansı gününə düşdüyünü öyrənə və bunu hesabatlarda istifadə edə bilərik.

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s