Tarix və Saat funksiyaları

Excel-də tarix və saatla işləmək üçün bir çox faydalı funksiya mövcuddur. Bu yazımızda aşağıdakı funksiyalar haqqında məlumat verməyə çalışacağam:

  • TODAYNOW funksiyaları;
  • HOUR, MINUTE, SECOND funksiyaları;
  • YEAR, MONTH, DAY funksiyaları.
  • DATE funksiyası.

TODAY və NOW funksiyaları

TODAY funksiyası faylın açıldığı hər bir tarixdə o günə olan tarixi göstərir. Hər hansı bir xanaya =TODAY() yazsaq, fayl hər açıldıqda, o günə olan tarixi göstərəcək.

Bu günə olan tarixi göstərmənin ən qısa yolu Ctrl+; shortcut-ıdır. Amma belə olan halda, shortcut ilə yazsaq, TODAY funksiyasında olduğu kimi, günlər keçdikcə tarix yenilənməyəcək.

NOW funksiyası isə, TODAY funksiyası ilə tək bir fərq istisna olmaqla eynidir. TODAY funksiyası sadəcə tarixi verdiyi halda, NOW funksiyası tarixlə birgə saatı da göstərir. İstifadə qaydaları aşağıdakı kimidir.

Date and Time functions - 1

NOW funksiyasına xas bir xüsusiyyət də ondan ibarətdir ki, hər hansı bir xanaya hər hansı bir məlumat daxil etdiyimizdə, və ya hər hansı bir məlumatı dəyişdirdiyimizdə, NOW funksiyası yazılan xana da avtomatik yenilənəcəkdir. Əlavədəki faylı endirib bunun şahidi ola bilərsiniz.

HOUR, MINUTE, SECOND funksiyaları

Adından da aydın olduğu kimi, saat formatlı xanaları komponentlərinə ayırmağa yardım edən funksiyalardır. C2 xanasına hər hansı bir saat daxil etdikdə, onu saat, dəqiqə və saniyələrinə adıkeçən funksiyalar ilə bölə bilərik.

Date and Time functions - 2

YEAR, MONTH, DAY funksiyaları

Bu funksiyalar da, bundan öncəkilər kimi çox sadə və anlaşıqlıdır. Hər hansı bir tarix formatlı xananı il, ay və gün olaraq komponentlərinə ayırmağa yardım edən funksiyalardır. Saat funksiyaları ilə eyni məntiqdə işləyirlər.

Date and Time functions - 3

DATE funksiyası

DATE funksiyası isə YEAR, MONTHDAY funksiyalarının tam tərsidir. Yəni, adıçəkilən 3 funksiya bir tarixi 3 kompenentinə ayırırsa, DATE funksiyası, ayrı-ayrılıqda olan 3 komponenti bir yerə yığmaya yarayır. Fərz etsək ki, il, ay və gün 3 fərqli xanada yerləşir, o zaman DATE funksiyası ilə onları birləşdirib tarix əldə edə bilərik.

Date and Time functions - 4

Sintaksı gördüyümüz kimi, çox sadədir. Öncə il, sonra ay, sonda isə gün funksiyanın içinə daxil edilir.

DATE funksiyası əsasən ödəmə qrafiklərinin tərtib olunması, işçilərin iş stajlarının hesablanması, investisiya layihələrinin qiymətləndirilməsi və ölçülməsi zamanı daha sıx istifadə olunur.

Formullar olan faylı əlavədən endirə bilərisiniz.

Uğurlar!

Faylı endir – Date and Time functions

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s