Formullardakı məşhur $ işarələri

Bir çox insan formulları araşdırarkən, içindəki $ işarələrini görüb tədirgin olur, formul bir anda dəhşətli bir yazıya dönüşür. Az sonra bu işarələrin nə qədər faydalı olduğu, işimizi nə qədər sürətləndirdiyi və istifadəsinin necə sadə olduğunu görəcəyik. İlk əvvəl, bu işarələrin işləyiş mexanizminə, daha sonra isə Excel-də konkret hansı hallarda istifadə edildiyinə baxacağıq.

Fərz edək ki, aşağıdakı kimi, rəqəmlər olan bir cədvəlimiz (Numbers) olsun. Bu cədvəldəki hər bir rəqəmi yuxarıda gördüyümüz əmsalla vurub yeni cədvələ (Multiplied by coeff) yerləşdirmək istəyirik.

F4 - 1

$ işarələrindən bixəbər olsaq, çox güman ki, Numbers cədvəlindəki hər bir xananı C2 xanası ilə bir-bir vurub yazmalı olacağıq. Çünki, E5 xanasına =B5*C2 yazıb, kopyalayıb digər bütün xanalara yapışdırmaq istəsək, aşağıdakı kimi bir problemlə qarşılaşacağıq.

F4

Gördüyümüz kimi, E5 xanasındakı formulu kopyalayıb 1 xana sağa yapışdırdığımız zaman, formulun daxilindəki xanalar da 1 xana sağa gəlmiş oldu. Bunun səbəbi, Excel-in işləyiş prinsipi ilə əlaqədardır. Mövzu ilə tanış olmayanlara qısaca bu prinsipi izah edim.

F4 - 3

Hər hansı bir xanaya =B5*C2 yazıb, onu kopyalayıb 1 xana sağa yapışdırsaq, formulun içindəki bütün xanalar da 1 xana sağa çəkiləcək. Yuxarıdakı screenshot bunu çox gözəl nümayiş etdirir. Eyni şəkildə, formulu 1 xana aşağı yapşdırsaq, eyni məntiqlə, Excel formulun içindəki xanaları da 1 xana aşağı çəkəcək. Yəni, kopyaladığımız xanadan nə qədər uzaqlaşsaq (məsələn, 3 xana sağa, 4 xana aşağı) həmin formulun içində yer alan bütün xanalar da eyni istiqamətdə “hərəkət etmiş” olacaq. Buna Excel-də Relative Cell Reference deyilir. Yəni, xananın yeri nisbidir, formulu hara çəksək, xana da o istiqamətdə gedəcək.

Gəlin bu dəfə E5 xanasındakı formulu kopyalayıb 3 sətir aşağı və 1 sütun sağa yapışdırıb, yeni formulun necə dəyişdiyinə baxaq. İlk yazdığım formuldakı xanalarla sonrakı formuldakı xanaların necə yer dəyişdirdiyinə nəzər yetirin.

F4

Necə ki formul 3 aşağı 1 sağa getdi, onun içindəki xanalar da eyni istiqamətdə hərəkət etdi. Və bu, əslində, böyük problemdir, çünki mövzumuza qayıdası olsaq, biz soldakı cədvəldəki xanalardan birini əmsal ilə vurub digər xanalara kopyala/yapışdır etmək istəsək alınmayacaq, çünki, biz sağa və aşağı getdiyimiz anda, əmsalı göstərən xana da, yuxarıdakı görüntülərdən gördüyümüz kimi, hərəkət edəcək.

Və $ işarəsi məhz burda köməyimizə çatır. Qarşısına $ qoyulan sətiri / sütunu Excel avtomatik olaraq “bərkidir”, onun yerini stabilləşdirir. Yəni, sağa da getsək, sola, aşağı, yuxarı da getsək, önündə $ işarəsi olan xana sabit qalacaq.

Dollar işarəsini qoymaq üçün, xananın üzərinə gəlib F2 düyməsi ilə onun içinə daxil olub, “bərkitmək” istədiyimiz xananın adının üzərinə gəlib F4 düyməsinə basmağımız kifayətdir. Çox sadə bir əməliyyatdır. Biz əmsal olan xananı digər bütün xanalara vurmaq istədiyimiz üçün, məhz onu bərkitməliyik. Aşağıdakı görüntüyə diqqət yetirək.

F4 - 2

Artıq, bu xananı kopyalayıb digər bütün xanalara yapışdırsaq, istədiyimiz nəticəni əldə etmiş olacağıq.

capture-2

Buna isə, Absolute Cell Reference deyilir, yəni formulu hara çəksək də, $ işarəsi olan xana hər zaman eyni yerdə qalacaqdır.

Diqqət etsək, $ işarəsinin həm sütun adı, həm də sətir nömrəsi qarşısında olduğunu görərik ($C$2). Bu, hər zaman belə olmayacaqdır. Daha qəliz olması baxımından, bu yazıda o nyuansa toxunulmayıb. Yəni, bəzi formullarda $C$2 əvəzinə $C2, və ya C$2 görə bilərik və bu, son dərəcə normaldır. Nə mənaya gəldiyini sonrakı yazılarda əhatə etməyə çalışacağam.

Formullar olan faylı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – F4 and $$ signs in formulas

Advertisements

One thought on “Formullardakı məşhur $ işarələri

  1. Pingback: Filter sonrası sıra nömrələrinin avtomatik yenilənməsi | Excel Stuff

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s