Mənfi ədədləri müsbətə çevirmək – ABS funksiyası vs. Paste special

ABS funksiyası o qədər sadə bir funksiyadır ki, onun haqqında ayrıca bir məqalə yazmağa ehtiyac belə yoxdur. Qısaca, ABS funksiyası mənfi ədədləri müsbətə çevirməyə yarayır. Sintaksı çox bəsitdir.

ABS funksiyasi - 1

Tək edəcəyimiz şey – mənfi ədəd olan xananı ABS funksiyasının içinə daxil etmək olacaqdır.

Bəzi muhasibat proqramlarından çıxarış aldığımız zaman, kreditdə olan (gəlir, öhdəlik və kapitala aid) məbləğləri mənfi işarəsi ilə birgə gətirir. Belə olan hallarda, hər bir məbləği bir-bir dəyişmək əvəzinə problemi ABS ilə həll edə bilərik.

Aşağıdakı kimi mənfi ədədlər olan siyahını tamamilə müsbətə çevirmək istəsək, əlbəttə ki, ABS funksiyası ilə bunu rahatlıqla həll edə bilərik. C4 xanasına lazımi formulu yazıb, kopyalayıb (Ctrl+C), digər xanalara yapışdırsaq (Ctrl+V), problemi həll etmiş olacağıq.

ABS funksiyasi - 2

Bu, problemin bir cür həll yoludur. Problemin başqa bir həll yolu daha var. Paste Special – toplama və çıxma mövzusu ilə tanış olanlar məsələni anında qavrayacaq.

  1. Hər hansı bir xanaya “-1″ daxil edib kopyalayaq (Ctrl+C).
  2. Mənfi ədədlər olan aralığı seçək.
    ABS funksiyasi - 3
  3. Alt+E+S schortcut-ı ilə Paste Special dialoq qutusunu açaq. Values və Multiply seçərək OK klikləyək.
    ABS funksiyasi - 4

Excel kopyaladığımız “-1“-i bütün xanalara vurmuş oldu. Mənfi ilə mənfinin vurulmasının isə hər zaman müsbətlə nəticələnəcəyini hər birimiz bilirik.

Əgər hər hansı bir yeni sütun açmaq istəmiriksə, o zaman ikinci üsul daha faydalı olacaqdır.

Lakin, hər hansı bir model qururuqsa, o zaman funksiyadan istifadə etmək daha məntiqlidir. Mən şəxsən hər zaman avtomatlaşdırmanın, yəni funksiya və formullardan mümkün qədər çox istifadə edilməsinin tərəfdarıyam.

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s