Financial modeling – mövzuya giriş

Financial modeling Azərbaycan dilinə tərcümədə maliyyə modelləşdirməsi kimi tərcümə oluna bilər. Qəliz səslənsə də, mahiyyət olaraq – daxil etdiyimiz data əsasında müəyyən məna kəsb edən informasiyanın əldə edilməsi üçün qurulan modeli ifadə edir. Yəni, biz işlənməmiş məlumatı daxil edib, üzərində hesablamalar aparıb, nəticələrini qruplaşdırıb, yekun hesabat halına gətiririk. Və bunu edərkən müəyyən məntiq, ardıcıllıq və struktur daxilində edirik. Məsələni daha da qəlizləşdirmədən və mövzuya girmədən financial modeling zamanı istifadə edəcəyimiz data və informasiya mövhumlarının fərqini vurğulamaq istəyirəm.

  • Data – işlənməmiş hər hansı bir məlumatı ifadə edir. Məsələn, aylar üzrə qeydiyyatını apardığımız şəxsi büdcəmizdə, daxil etdiyimiz hər bir xərc maddəsi bir datadır. Çünki hər hansı bir hesablama nəticəsində ortaya çıxmamışdır. Baş vermiş və qeydiyyatı aparılmışdır. Muhasiblərin sistemə daxil etdiyi hər bir məlumat datadır.
  • İnformasiya – Əldə edilən data müəyyən hesablamalar nəticəsində müəyyən məna ifadə etdiyi zaman, ortaya qərarvermə mexanizmində istifadə oluna biləcək informasiya çıxmış olur. Muhasiblərin sistemə daxil etdiyi datanın alınıb, üzərində işlənib, analiz apararılaraq ortaya çıxarılan hesabatlar informasiya xarakterlidir və rəhbərliyin qərarvermə prosesində istifadə edəcəyi vasitələrdən biridir.

Hər hansı bir məlumatın data və yaxud informasiya olduğunu ayırd edə bilmək üçün, onun hər hansı bir məna kəsb edib-etməməsinə baxmaq lazımdır. Əgər o məlumata dayanaraq məntiqli qərarlar vermək mümkündürsə, o zaman çox güman ki, informasiya ilə üzbəüzük. Data və informasiyanın nə olduğu iş prosesində və zaman keçdikcə daha rahat anlaşılır və instinktiv xarakter daşıyır.

Artıq, mövzumuza başlaya bilərik. Sualımız isə belədir – financial model nədir, necə qurulur və nəticə etibarilə nə işə yarayır?

Hər bir suala ayrı-ayrılıqda cavab verək.

  1. Financial model nədir?
    Financial model datanı informasiyaya dönüşdürən bir strukturdur. Biz bu strukturu, təbii ki, Excel üzərində quracağıq.
  2. Financial model necə qurulur?
    Hər hansı bir modelləşdirmədə ilk əvvəl data daxil edilir, bu data müəyyən hesablamalardan keçirilir, lazımi məlumatlar qruplaşdırılır və yekun nəticə olaraq cədvəl, diaqram və ya dashboard olaraq rəhbərliyə təqdim edilir.
  3. Financial model nə işə yarayır?
    İş həyatının istənilən sahəsi və mərtəbəsində uğur əldə etmək üçün doğru qərarlar vermək gərəkir. Qərarın doğru və uğurlu olma ehtimalı isə, üzərində qurulduğu fərziyyə və informasiyanın keyfiyyəti ilə düz mütənasibdir. Yəni, əlimizdəki məlumat nə qədər doğrudursa, verəcəyimiz qərarın da bir o qədər uğurlu olacağı fərz edilir. Maliyyə modelləri məhz düzgün qərar ehtimalını artırmaya yönəlik vasitələrdir.

Bu qədər qısa məlumatdan sonra örnək modelimizlə tanış olaq. Davam etmədən öncə aşağıdakı linkdən faylımızı endirək. Bu modelimizdə şəxsi büdcəmizin 6 aylıq proqnozunu verməyə çalışacağıq.

Faylı endir – Simple financial model

Hər bir model əsasən 3 hissədən ibarət olur. Sadə modellərdə hər bir hissə üçün 1 sheet kifayət edir, lakin daha qəliz və mürəkkəb modellər hər bir hissə üçün bir neçə sheet-ə ehtiyac duyacaqdır. Biz, asan olması məqsədilə, hər bir hissəyə cəmi 1 sheet ayıracağıq. Bu hissələr aşağıdakı kimidir:

  1. Input & assumptions – Modelin data daxil edilən yeganə sheet-idir. Yəni, model nə qədər qəliz olursa olsun, məlumat yalnız bu hissəyə daxil edilir. Əslində hər şeyin başladığı hissə bu hissədir. Məhz bu səbəbdən daxil edəcəyimiz məlumat çox dəqiq və güvənilir olmalıdır, çünki digər bütün məlumatlar daxil edəcəyimiz ilkin dataya əsaslanacaqdır
    .Financial modeling - 1

    M
    isalımıza geri dönək. Modelə başlamazdan və sonrakı ayların proqnozunu vermədən öncə, ilk əvvəl mövcud vəziyyəti görməliyik, yəni son aydakı gəlirimiz və xərclərimiz. Bu məbləğlər bizim üçün başlanğıc nöqtəsidir və bütün model bu məbləğlər üzərində qurulacaqdır.
    Bu sheet-in ikinci vacib komponenti fərziyyələrimizdir (assumptions). Fərziyyə – gələcəyə yönəlik proqnozları ifadə edir. Bizim misalda bu, maaşın və xərclərin artım tempinin proqnozudur.
    Financial modeling - 2

    Fərziyyələr maksimal dərəcədə reallığa yaxın olmalıdır, əks təqdirdə hesabatımız ciddi şübhələr yaradacaqdır. Biz fərz etdik ki, maaşımız fevralda və iyunda artmayacaq, mart, aprel və mayda isə bir öncəki aya nisbətdə müvafiq olaraq 10%, 20% və 25% artacaq.
    Aşağıdakı sətirdə isə xərclərimizi artım faizini görürük.
  2. Calculations – Modelimizin ikinci və ən çox zəhmət, məntiq və bacarıq tələb edən hissəsi hesablamaları aparacağımız hissəsidir. Bu hissədə bir öncəki hissədə daxil etdiyimiz datanı alıb, üzərində işləyəcəyik. Mövzuyla yeni tanış olanları qorxutmamaq və mövzunun daha rahat həzm edilməsi üçün indiki mərhələdə hesablamaların necə aparıldığına toxunmayacaq, sadəcə mahiyyətlərini izah etməyə çalışacağam.
    Aşağıdakı cədvəldə Input & assumptions sheet-inə daxil etdiyimiz yanvar ayına aid məbləğləri müvafiq fərziyyələrdən istifadə edərək ilk 6 aylıq proqnoz hesabatını ortaya çıxarmış olduq.
    Financial modeling - 3


Artıq, hər bir ayın müvafiq gəlir və xərcini görürük. İşimiz bununla bitmədi. Çünki bu cədvəl böyük ölçüdə bir məna ifadə etmir. Bu cədvəli vizuallaşdırıb, vəziyyətin daha yaxşı anlaşılmasına nail olmalıyıq.

  • Summary – Rəhbərlik şirkətin hər bir sahəsi haqqında məlumat aldığı üçün və bunun birbaşa nəticəsi olaraq vaxtının darlığını nəzərə alaraq, bizim təqdim edəcəyimiz hesabat məhz icmal şəklində olmalıdır. Rəhbərlik əksər hallarda məsələlərin xırdalıqları ilə çox da maraqlanmır, çünki buna nə vaxtı, nə də həvəsi olur. Onlara vacib olan şey – məsələnin məğzidir. Məhz bu səbəblə, 2-ci mərhələdə hazırladığımız cədvəli vizual formaya salmalı və mümkün qədər anlaşıqlı etməliyik. Yuxarıdakı cədvəllə tamamilə eyni mənaya gələn, fəqət çox daha effektiv olan aşağıdakı diaqrama nəzər yetirək.
    Financial modeling - 4Yuxarıdakı cədvəldə də həm gəlir, həm də xərcləri aylar üzrə görə bilirdik, lakin bu diaqramda olduğu kimi, onlar bizə çox məna ifadə etmirdi, çünki yaxşı tərtib olunmuş vizuallıq quru rəqəmdən dəfələrlə yaxşı qavranılır. Bu diaqrama baxıdığımız anda gəlir və xərclərin bir-biri ilə olan nisbi vəziyyəti anında nəzərimizə çarpır, halbuki yuxarıdakı cədvəldə bunu başa düşmək üçün beyin yormaq lazım gəlir. Digər diaqramlar da eyni məqsədə xidmət edir – vəziyyəti mümkün olan ən effektiv yolla izah etmək.

Uzun sözün qısası, financial modeling – datanı informasiyaya çevirən, qərarvermə mexanizminə kömək olan çox ciddi analitik bir vasitədir. Mövzu o qədər genişdir ki, bu dəfəki giriş yazısında ancaq ən əsas məqamlara toxunmağa çalışdım, bununla belə yazı yetəri qədər uzun alındı. Yuxarıdakı misal isə o qədər sadə qurulmuş bir modeldir ki, bir sonrakı mövzulara davam edə bilmək üçün mümkün qədər yaxşı anlaşılması lazımdır. Əks halda, daha advanced sahələr qaranlıq qalacaq.

Bütün bu yazını 1 cümləyə sığışdırası olsaq, financial modeling-in əsas prinsipi belə səslənəcəkdir – Datanın daxilledilməsini bir, bütün hesablamaları bir, təqdimetməni isə başqa bir sheet-də edin.

Sonrakı yazılarda bu prinsipi, financial modeling-in texniki strukturu, əsas prinsipləri və qaydaları haqqında daha ətraflı məlumat verməyə çalışacağam.

Qarşıdan gələn Yeni İliniz mübarək!

Uğurlar!

Advertisements

One thought on “Financial modeling – mövzuya giriş

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s