SUBTOTAL funksiyası

SUBTOTAL funksiyası ən sadə dillə desək, aralıq cəmləri göstərən funksiyadır. Misal vasitəsilə daha dolğun şəkildə aydın olacaq. Aşağıdakı cədvəldə, fərqli ölkələri təmsil edən şəhərlər və onların müəyyən dövrü əhatə edən şərti ÜmumDaxili Məhsul (GDPGross Domestic Product) məbləğləri göstərilib. Yəni müəyyən dövrdə həmin şəhərdə istehsal olunan və yaxud göstərilən mal və xidmətlərin ümumi dəyəri.

SUBTOTAL - 1

Cədvəlin ən altında isə bütün şəhərlər üzrə cəm göstərildiyini fərz edək. Cədvəli tam olaraq görsək, cəmin 330,000 olduğunu görəcəyik.

SUBTOTAL - 2

Filterləmə əməliyyatını həyata keçirib ancaq Hollandiya şəhərlərinin filterləsək, daha öncə yazdığımız SUM funksiyası bizə Hollandiya üzrə yox, əvvəlki kimi ümumi cəmi göstərəcək.

SUBTOTAL - 3

SUBTOTAL funksiyası məhz bu cür vəziyyətlərdə aralıq cəmlərini göstərməyə yarayır, yəni yalnız filter vasitəsilə seçilən şəhərlərin GDP məbləğlərini cəmləyir, bütün siyahını yox.

SUBTOTAL funksiyasının yazılış qaydasının digər funksiyalardan ciddi şəkildə fərqli, özünəxas bir xüsusiyyəti var. Məsələn, yuxarıdakı cədvələ uyğun bir SUBTOTAL funksiyasını aşağıdakı kimi yazmalıyıq.

SUBTOTAL - 4

SUM funksiyasında olduğu kimi, SUBTOTAL funksiyasında da etməli olduğumuz şey, cəmlənməsini istədiyimiz aralığı seçməkdir. Tək bir fərqlə. SUBTOTAL-da funksiyaya ilk öncə bu fuksiyaya xas bir rəqəm girilməlidir. Screenshot-da da gördüyümüz kimi, bu, 9 rəqəmidir. Bəs bu 9 nəyi ifadə edir? Gəlin ətraflı baxaq.

SUBTOTAL yazıb funksiyaya başladığımız anda qarşımıza belə bir siyahı çıxacaq.

SUBTOTAL - 5

Bunun çox sadə bir mənası var. Excel bizdən soruşur ki, filterləmə nəticəsində ortaya çıxacaq siyahıdakı məbləğləri nə edim? Onların ortalamasını (1 – AVERAGE), sayını (2 – COUNT), siyahıdakı ən böyük dəyəri (4 – MAX), yoxsa cəmini (9 – SUM) hesablayım?

Misalımızda seçilən ölkədəki şəhərlərin GDP-lərinin cəmini istədiyimiz üçün, 9 (SUM) rəqəmini daxil etməliyik. Yox əgər sayını bilmək istəsəydik, o halda 2 (COUNT)  yazmalı olacaqdıq.

Funksiyanı yazıb bitirdikdən və Hollandiya şəhərlərini filterlədikdən sonra SUBTOTAL funksiyası bizə ancaq filterlənmiş şəhərlərin cəmini verəcək.

SUBTOTAL - 6

Gördüyümüz kimi, SUM funksiyası siyahının tamamını cəmlədiyi halda, SUBTOTAL ancaq filterdə seçilən şəhərləri cəmləmiş oldu.

Əlavədəki faylı endirərək, filterdən digər ölkələri seçib nəticənin necə dəyişdiyinə baxa bilərsiniz.

Uğurlar!

Faylı endir – SUBTOTAL funksiyasi

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s